QHT və MEDİA
A- A A+

Müharibə şəraitində medianın davranış tərzi

2017-07-13 20:30:22

Araşdırma

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  davam etdiyi bir vaxtda hərbi hərəkətlərlə bağlı informasiyaların yayılmasında medianın həssas davranışı zəruri məsələdir. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Azərbaycanın ədalətli mövqeyinin dünyaya çatdırılmasında vətəndaş cəmiyyətinin rolunun davamlı olaraq  gücləndirilməsi” layihəsini həyata keçirir. Layihə  çərçivəsində müharibə şəraitində  medianın davranışı mövzusunda 500 nəfər qht-media və ictimaiyyət nümayəndələri arasında  3 ay müddətində (aprel-may-iyun) sorğu-araşdırma aparılıb.

 Sorğuda iştirak edən şəxslərin verdiyi cavablar təhlil olunduqdan sonra yekun hesabat hazırlanıb. Indi həmin yekun nəticələri və müharibə şəraitində beynəlxalq hüquqda medianın davranış tərzi, ifadə azadlığının mədudlaşdırlması halları ilə bağlı bəzi məqamları təqdim edirik.   

Müharibə şəraitində KİV-in davranışı sizi qane edirmi- sualına- respondentlərin yalnız  11 faizi “Bəli”  63 faizi “Xeyr”,  qalanı isə cavab verməyə çətinlik çəkdiyini bildirib.

Döyüş zamanı  jurnalistlərin baş verən toqquşmalar haqqında bəzən səhv informasiya verməsi nədən qaynaqlanır  sualına -sorğuda iştirak edənlərin  23 faizi  “Peşəkarlığın olmamasını”,  17 faizi, “Rəsmi mənbələrdən informasiyanın vaxtında alına biməməsini”,  60 faizə yaxını isə “Jurnalistin  öz məsuliyyətin dərk  etməməsini ”  əsas gətirib.

Müharibə  şəraitində  sosial şəbəkələrdə yanlış informasiyalarla üzləşməmək üçün nə etmək lazımdır –sualına  33 faiz  iştirakçı  “Rəsmi mənbələrdən informasiyanın vaxtında, operativ şəkildə  verilməsi təmin edilməlidir”,  37 faiz   “Jurnalistika ixtisaslaşmalıdır, yəni hərbdən  yazan  jurnalistlər  peşəkar səviyyədə formalaşmalıdır” qənaətindədir. Rəyi soruşulanların  təxminən 30 faizə yaxını   “Sosial şəbəkələrdə məhdudlaşmalar olmalıdır” fikrini bildiriblər. 

Müharibə  şəraitində  media ilə bərabər sosial şəbəkələrdə vətənpərvərlik ruhunu qaldırmaq üçün  nə etmək lazımdır-sualına respondentlərin cəmi 17 faizi  “Vətənpərvərliyi təbliğ edən ictimai institutların fəaliyyətinin koordinasiyasını təşkil etməyin zəruri olduğunu bildirib. 36 faiz iştirakçı “Müharibə ilə bağlı  dəqiq olmayan informasiyaların qarşısını almaq üçün monitorinqlər təşkil etməyi bildirir”,  Qalan iştirakçılar isə “ Saxta məlumat yayan saytları və onların  fs səhifələrini blok etməyi zəruri hesab edirlər”.   

Müharibə  şəraitində  media  əməkdaşlarının  məsuliyyətli davranması üçün  nə etmək lazımdır sualına- iştirakçıların   31  faizi  “Qanunların sərt mexanizminin yaradılmasını”,  47 faizi   “Maarifləndirmə işlərinin  genişləndirilməsini” bildirib.           

Ekstremal şəraitdə Azərbaycan  mediasının  davranışını  tənzimləmək üçün  nəyi etmək faydalı olar-sualına sorğu iştirakçılarının 27  faizi “Güc nazirliklərinin mətbuat xidmətləri ilə  əməkdaşlığın  artırılmasını”,    14 faizi  “Medianın fəaliyyətinin  qismən məhdudla-şdırılmasını”,  qalan 59 faizə yaxın iştirakçı isə  “Davamlı olaraq  jurnalistlər üçün təlimlərin həyata keçirilməsini” bildirib..  

Onu qeyd etmək istərdik ki, bu sorğu internet (sosial şəbəkələr)  vasitəsilə və həmçinin müxtəlif şəxslərlə,  QHT,  media işçiləri  ilə  birbaşa təmasda olaraq  keçirilib.

Sorğu Azərbaycanın hazırkı durumunda medianın informasiyaların yayımında həssaslıq göstərməsi və bütövlükdə  bu sahədə peşəkarlığın artırılmasının vacibliyi qənaətinə gəlmişdir.

Heç şübhəsiz ki, dünyada müharibə şəraitində medianın davranışı və müxtəlif ərazilərdə gedən döyüşlər, münaqişə ocaqları haqqında verilən informasiyaların düzgün idarəolunması ilə bağlı beynəlxalq aləmdə yetərincə təcrübə var. Beynəlxalq hüquqda da bu məsələlərin necə tənzimlənməsi  aydın şəkildə göstərilir.

Unutmaq olmaz ki, son yüz il müharibələr  dövrü kimi  daha çox xarakterizə olunur. Bu münaqişələr fəsadları, böyük itkiləri ilə yadda qalmışdır. Soyuq müharibə başa çatsa da bir çox bölgələrdə etnik münaqişələr daha da dərinləşib. Belə konfliktlərdən biri, daha uzun çəkəni erməni terroru nəticəsində yaradılan Dağlıq Qarabağ münaqişəsidir. 30 ilə yaxın davam edən bu münaqişə təbii ki, hər zaman medianın gündəmini zəbt edib.  

Müşahidələr göstərir ki, hərbi əməliyyatlar zamanı və bu sahədə informasiyaların çatdırılmasında  bizim mediamızda ciddi problemlər var. Əslində Milli Ordumuzun apardığı  əməliyyatlar zamanı  medianın peşəkar davranışı həm Ordumuz üçün, həm də cəmiyyət üçün zəruridir.

Təəssüf ki, qeyri peşəkarlıqdan qaynaqlanan bəzi internet saytlarının və sosial şəbəkə iştirakçılarının fəaliyyəti düşmən tərəfi üçün yaxşı informasiya mənbəyinə çevrilir.

Diqqət yetirəndə görərik ki, belə resursların fəaliyyəti bir çox hallarda qeyri peşəkarlıqdan irəli gəlir. İstisna olunmur ki, düşmən təxribatına dəstək verən media resusrları da yox deyil.

Ümumiyyətlə, müharibə şəraitində media necə fəaliyyət göstərməlidir, bu sahədə dünyada hansı hüquqi təcrübələr var və belə şəraitdə medianın fəaliyyəti necə mədudlaşdırıla bilər? 

Bu məqamlara aydınlıq gətirmək istərdik.

Dünyada ifadə azadlığına qoyulan məhdudiyyətlər:

İfadə azadlığı nadir hallarda məhdudlaşdırıla bilər. Məhdudlaşdırılma zamanı  heç bir halda ifadə azadlığının məzmununa toxunulmamalıdır. Məhdudlaşdırma ilə bağlı Avropa Konvensiyasının 17-ci maddəsində  deyilir: “Bu Konvensiya heç də  hər hansı dövlətin, qrupun  və  şəxsin burada təsbit olunan  hüquq və azadlıqlarınının ləğvi konvensiyada nəzərdə tutulanlardan artıq məhdudlaşdırıla bilməz”

Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində ifadə azadlığının məhdudlaşdırılmasına yol verilən hallar qeyd olunur: Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ictimai asayiş, iğtişaşın və cinayətin  qarşısının alınması və digər hallarda məhdudiyyətlər nəzərdə tutulur

Həmin beynəlxalq sənədlərə istinad  olunub hazırlanan və qəbul edilən Azərbaycan  Konstitusiyasının 3.6-cı maddəsinə əsasən söz və mətbuat azadlığı dövlət təhlükəsizliyi mənafeləri, sağlamlığın, vətəndaşların azadlıqlarının qorunması, cinayətin qarşısının alınması, dövlətin ərazi bütövlüyünün təmin edilməsi və digər hallarda məhdudlaşdırmalar nəzərdə tutulur.

Erməni təcavüzü ilə üzləşən  Azərbaycanda  beynəlxalq hüquqa istinad edilərək müharibə şəraitində medianın fəaliyyəti ilə bağlı məhdudlaşdırmaların tətbiqi məntiqlidir. Dünyada müharibə aparan və yaxud təcavüzlə üzləşən ölkələrdə belə təcrübə mövcuddur. ABŞ-ın  İraqa müdaxiləsi zamanı demokratiyanın beşiyi sayılan  Amerikada KİV-in fəaliyyəti ilə bağlı ciddi məhdudlaşmalar tətbiq olundu.  Bu gün  Böyük Britaniyada yazılı konstitusiya yoxdur. Ancaq həmin ölkədə  medianın hüquqlarını mədudlaşdıran qanunlar mövcuddur. Onu da qeyd edək ki,  dünyanın bir çox ölkələrində məhdudlaşdırma halları baş vermişdir.

Unutmaq olmaz ki, hər hansı mədudlaşdırma jurnalisti informasiya təcridinə məruz qoymamalıdır.

Təbii ki, Azərbaycan da terrordan əziyyət çəkən ölkədir. Keçən əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən xalqımıza qarşı törədilən terror aktları indi də davam edir. Belə məqamda bu sahə ilə bağlı hüququ bazanın təkmilləşməsinə və həmçinin ekstremal müharibə jurnalistikasının ixtisaslaşmasına zərurət var.

 Əgər hərbi jurnalistikanın fəaliyyəti mövcud hüquq və reallığı nəzərə alaraq tənzimlənməsə  o zaman  milli təhlükəsizlik üçün potensial təhdidlər davam edəcək.

Aparılan Sorğu-araşdırmanın  və hazırkı məqamda medianın davranışı ilə bağlı bəzi tövsiyə xarakterli təklifləri diqqətə çatdırmaq istərdik.

Müasir hərbi əməliyyatların və onun mediada işıqlanması zamanı beynəlxalq metodologiyaların öyrənilməsi və tətbiqi genişlənməlidir;

Jurnalist cəbhə qanunlarını bilməlidir. Əgər bilmirsə  QHT-lərin Müdafiə Nazirliyi  ilə birlikdə təşkil edəcəyi maarifləndirici təlimlərdə aktiv iştirak etməlidir;

Müharibə şəraitində media cəmiyyətə təqdim edəcəyi informasiyalarla Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi hazırlığına, həm də müharibə şəraitində əhalinin milli ruhunun yüksəldilməsinə xidmət etməlidir;

Döyüş zamanı  jurnalistlərin baş verən toqquşmalar haqqında bəzən səhv informasiya verməsinin qarşısını almaq üçün güc nazirliklərinin mətbuat xidmətlərinin fəaliyyətinin daha da təkmilləşməsinə, informasiya təminatının daha operativ və dəqiq şəkildə həyata keçirilməsinə zərurət var;

Azərbaycan  mediasının ekstremal şəraitdə davranışını  tənzimləmək məqsədilə hərbdən yazan jurnalistlər üçün maarifləndirici  vəsaitlərin, kitabların çapı həyata keçirilməlidir;

Jurnalistika ixtisaslaşmalıdır, yəni hərbdən  yazan  jurnalistlərin  peşəkar səviyyədə formalaşması üçün kompleks tədbirlərin və QHT layihələrinin icrasına ehtiyac var;

Müharibə  şəraitində  media ilə bərabər sosial şəbəkələrdə vətənpərvərlik ruhunu qaldırmaq üçün  bu sahədə fəaliyyətlə məşğul olan ictimai qurumların koordinasiyasının təşkili aktuallıq kəsb edir;

Müharibə ilə bağlı  dəqiq olmayan informasiyaların qarşısını almaq üçün mütəmadi monitorinqlərin  keçirilməsi zəruridir;

Heç şübhəsiz ki, hərbdən yazan jurnalist ən azından  elementar səviyyədə hərbi biliklərə sahib olmalı və ekstremal şəraitdə necə davranmağı bilməlidir;

Həmçinin media baş verən  döyüşlər zamanı  ümumilikdə cəmiyyəti,  əsgər valideynlərini, ordunun döyüşkən ruhunu nəzərə almalıdır;

Jurnalist  hərbi sirr  olduğu ehtimal edilən informasiyanı yaymamışdan qabaq həmin xəbərin törədə biləcəyi fəsadlar barədə düşünməlidir;

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin  araşdırma qrupu

 

 

 

 

 

 

 

 

 

  • @continue

Kateqoriya : QHT və MEDİA Baxış sayı : 820

QHT və MEDİA

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...