MƏDƏNİ
A- A A+

Milli Qəhrəman Albert Aqarunova həsr edilmiş film

2017-07-13 07:45:25

.

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanın yəhudi əsilli oğlu, Milli Qəhrəman, Həzi Aslanov ordeni ilə təltif edilmiş şəhid Albert Aqarunova həsr olunan “Yaşadığım torpaq” adlı bədii süjetli filmin təqdimat mərasimi keçirilib.

Filmin rejissoru “Odlar Yurdu” İsrail-Azərbaycan Teatrının bədii rəhbəri Səadət Şükürovadır.

Ekran əsərində Milli Qəhrəman Albert Aqarunovun uşaqlıq illərindən başlayaraq döyüş yolunadək həyatı əks olunub. Filmdə Albert Aqarunovun vaxtilə cəbhə bölgəsində çəkilmiş lent yazısı, silahdaşlarının onun haqqında söylədikləri fikirlər də yer alıb. Döyüş yoldaşları və yaxınları Albert Aqarunovu Vətəni sevən, yaşadığı torpaq uğrunda canından keçməyə hazır olan insan kimi xarakterizə ediblər. Bildirilib ki, Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb və Şuşada döyüşüb. Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və həlak olub.

Filmin nümayişindən sonra yaradıcı heyət “Odlar Yurdu” İsrail-Azərbaycan Teatrının diplomu ilə təltif edilib.

Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev bildirib ki, yəhudilər Azərbaycanın xoş gününə sevinib, pis günündə onun yanında olublar. O, Albert Aqarunov kimi vətənpərvər oğullarımızla qürur duyduğunu söyləyib.

Albert Aqarunovun cəbhə yoldaşı Zahid Nəzərov Milli Qəhrəmanın döyüşçü və insan kimi keyfiyyətlərindən danışıb. Digər çıxış edənlər həm Albert Aqarunovun qəhrəmanlığı, həm də təqdimatı keçirilən filmin uğurlu alınması barədə fikirlərini bölüşüblər.

 

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 551

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-24 08:40:50

CƏMİYYƏT
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qur...

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...