SİYASƏT
A- A A+

“The Economist” jurnalı Azərbaycan səfirinin ölkəmizlə bağlı yazılan qərəzli məqaləyə cavab məktubunu dərc edib

2017-07-07 16:15:01

.

 “The Economist” jurnalı Azərbaycan haqqında yazılan qərəzli məqaləyə ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin cavab məktubunu dərc edib. 
Məktubda qeyd edilir ki, Suriya münaqişəsindən əziyyət çəkən insanların məqalədə qeyd edilməsi təqdirəlayiq bir haldır. Lakin yazıda, həmçinin Ermənistan hökumətinin Suriyadakı etnik erməniləri Dağlıq Qarabağ və digər işğal edilmiş Azərbaycan ərazilərinə yerləşdirmə cəhdindən bəhs edilir. Bu siyasət beynəlxalq insan hüquqlarının, xüsusilə də Cenevrə Konvensiyasının təməl prinsiplərinə tamamilə ziddir. Çox açıqdır ki, Ermənistan hökuməti Suriya münaqişəsindən əziyyət çəkənlərə humanitar yardım adı altında işğal edilmiş Azərbaycan torpaqlarına ermənilərin yerləşdirilməsi siyasətini yeridir. Bu siyasət işğal edilmiş Azərbaycan torpaqlarının demoqrafik mənzərəsini qərəzli şəkildə dəyişdirməyə yönəlib və nəticədə uzun zamandır Cənubi Qafqazda davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün beynəlxalq cəhdlərə ciddi zərbələr vurulur.
Ermənistanın bu səylərini münaqişə nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş yüz minlərlə azərbaycanlı üçün də görmək istəyərdik. Məyusedici haldır ki, Suriya ermənilərinə mərhəmət göstərdiyi halda Ermənistan hökuməti öz yurd-yuvalarından didərgin salınan həmvətənlərimizin doğma torpaqlarında yaşamaq hüquqlarını beynəlxalq qanunları pozaraq inkar edir.
Suriya münaqişəsinin humanitar ölçülərini heç kəs inkar edə bilməz, lakin çox təəssüf ki, bu münaqişədən bəzən darfikirli siyasi əməllər üçün istifadə edilir.(Azərtac)

 

 

 

 

 

 

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 446

QHT və MEDİA

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

2018-12-12 11:00:04

QHT və MEDİA
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...

Bu sözləri "Moskva-Bakı" xəbər portalına müsahibəsində rusiyalı telejurnalist...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...