QHT və MEDİA
A- A A+

Biz onlardan hər hansı söz yığınından ibarət bəyanat deyil, konkret fakt üzrə hesabat gözləyirik.

2017-07-07 10:15:23

.

İyulun 4-də  Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alıxanlı kəndi ərazisində yaşayan vətəndaşların hədəf alınması və qəsdən hücumları nəticəsində Allahverdiyeva Sahibə (1967-ci il təvəllüdlü) və onun 2 yaşlı nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı qətlə yetirilib, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri almışdır. 

Erməni silahlı qüvvələrinin bu təxribatlarının nəticəsi olaraq,  dinc əhaliyə atəş açılması və 2 yaşlı uşağın qətlə yetirilməsi, həmçinin, başqa mülki şəxslərin yaralanması və mülki obyektlərin zərər çəkməsi bir terrorizm aktıdır və beynəlxalq konvensiya və qanunlarla  yolverilməzdir.

BMT-nin mövcud qətnamələrini saya salmayan erməni terror dövləti bu dəfə də 2 yaşlı körpəyə qarşı silah işlətməklə ən qəddar qatil rolunda çıxış etməkdən çəkinməmişdir.

Bu addımlar, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Bu,  bir hərbi cinayətdir və insanlıq əleyhinə olan cinayətdir. Bu cinayəti İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi olaraq kəskin pisləyirik və beynəlxalq təşkilatlardan  onların mandatına və fəaliyyət sferasına uyğun olaraq məsələyə münasibət bildirməyi tələb edirik. Biz onlardan hər hansı söz yığından ibarət bəyanat deyil, konkret fakt üzrə hesabat gözləyirik.

Biz, Azərbaycanda fəaliyyət göstərən bir vətəndaş cəmiyyəti təşkilatı olaraq, beynəlxalq hüquqi normalara riayət edilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiə edilməsi, Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə, Avropa Şurasının, ATƏT-in, digər beynəlxalq təşkilatlarının qəbul etdikləri sənədlərə əməl edilməsi və Ermənistanın işğalçı siyasətinin dayandırılması üçün beynəlxalq təşkilatlara və dünya ölkələrinə müraciət edirik.
 Cəsarət Hüseynzadə
“İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri

 

 

 

 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 274

QHT və MEDİA

2018-01-20 21:30:21

QHT və MEDİA
Qənirə Paşayeva İstanbuldan türk dünyası...
Qənirə Paşayeva İstanbuldan türk dünyası...

İstanbulda Sarıqamış şəhidlərinin xatirəsinə həsr edilmiş tədbirdə çıxış edən...

2018-01-19 09:55:33

QHT və MEDİA
“Müstəqil Azərbaycanın tarixində 20 yanv...
“Müstəqil Azərbaycanın tarixində 20 yanv...

Azərbaycan Milli QHT Forumunda (MQF) 20 yanvar faciəsinin 28-ci ildönümünə hə...

CƏMİYYƏT

2018-01-17 11:10:33

CƏMİYYƏT
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...

Sovetlər dönəmində Azərbaycan – Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu...

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

İQTİSADİ

2018-01-19 10:15:12

İQTİSADİ
2017-ci ildə 1335 kilometr yol tikilib, ...
2017-ci ildə 1335 kilometr yol tikilib, ...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2017-ci il ərzində u...

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...