QHT və MEDİA
A- A A+

Erməni vəhşiliyi hiddətlə qarşılanır

2017-07-07 00:20:41

.

Erməni vəhşiliyi,  sivil dünyanın əleyhinə hərəkətləri, azyaşlılara, mülki vətəndaşlara qarşı erməni terroru  hiddətlə qarşılanır. “Demokratik Cəmiyyət və Qadın hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Abdullayeva  erməni vəhşiliyinə etirazını bildirərək  fikirlərini belə açıqlayıb:  
İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb. İctimai Birliyimiz, baş verən hadisəni pisliyir. Bəyan edirik ki, dinc sakinlərin atəşə tutulması, qətlə yetirilməsi bir daha sübut edir ki, Ermənistanın cinayətkar rejimi vaxtı uzadır, heç zaman sülh prosesinə doğru addım atmayacaq. Bilirsiniz indi fitnədən, fəsaddan iraq olan azərbaycanlıları qəhr edən nədir? Dünya biganəliyinə üsyan edən səlahiyyət sahiblərinin bacarıqsızlığı.
Fact-info.az

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 607

QHT və MEDİA

2018-01-16 14:35:22

QHT və MEDİA
UNEC-də "Açıq qapı" günü
UNEC-də "Açıq qapı" günü

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İctimai Nəzarət Şurasının üz...

2018-01-14 08:40:12

QHT və MEDİA
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...

“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir”. Bu barədə Avro...

CƏMİYYƏT

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

2018-01-12 09:35:45

CƏMİYYƏT
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...

Azərbaycan Ordusunun hərb yolu ilə düşmən üzərində tam qələbə əldə etməsi şüb...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...