QHT və MEDİA
A- A A+

Tədqiqat jurnalistikası niyə inkişaf etmir?

2015-05-28 10:30:51

Son dövrlər baş verən hadisələr jurnalistika üçün bir siqnal olmalıdı

Əgər media  hadisələrin arxasınca gedib başını girələyirsə, vaxtını keçirirsə  bu  çox ciddi problemdi. Təbii ki, baş verən yanğın hadisəsinə, digər  çatışmazlığa görə,  medianı günahlandırmaq fikrindən uzağam. Lakin cəmiyyətin tərkib hissəsi olan  televiziyaların, medianın bütün proseslərlə bağlı məsuliyyəti var. 

  Televiziyalar, çap və internet mediası  yalnız  informasiyanı alıb paylaşmaqdan,  intiriqalar aparmaqdan və yaxud  telekanallar əyləncə predmetinə  çevrilməkdən ibarət olmamalıdır. Burada həmçinin  gözlənilən təhlükələrlə,  millətin, dövlətin, insanların taleyi ilə bağlı  məqamlarda  ən azından qabaqcadan  fikir,  mülahizə ortaya qoymalıdır. Neçə illərdi ki,  binaların divarlarına  örtüklər çəkilirdi, inşaat işləri aparılrdı. Bütün  bunların keyfiyyətli olub-olmaması haqqında  bir dəfə olsun  geniş jurnalist tədqiqatına,  ciddi araşdırmalara rast gəlmirik.

  Şübhəsiz  bu işdə günahi olan,  məsuliyyətsizliyə  yol verən cavabdeh şəxslər  cəzalarını alacaqlar. Ancaq  onların hər hansı formada cəza alması bu yanğında dünyasını dəyişən insanları,  digər maddi və mənəvi itkiləri geri qaytara bilməyəcək. Deməli,  zamanında nadan, işinə məsuliyyətsiz yanaşan  həmin cavabdeh şəxsləri bu yoldan çəkindirmək, ictimaiyyəti və dövləti  bu məsələdə məlumatlandırmaq üçün   tədqiqalar aparılmalı  və   problem ictimailəşməli idi.  Bu da  ondan irəli gəlir ki, jurnalist tədqiqatı  inkişaf etməyib. Təbii ki, bunun kifayət qədər  səbəbləri var.

  Ancaq  onu da  qeyd etmək lazımdır ki,  televiziya sahəsində yalnız  ANS-də əvvəllər  “Təhqiqat”  adlı veriliş gedirdi.  Kifayət qədər maraq doğuran  və ciddi araşdırmalar aparılan  həmin veriliş  nədənsə uzun ömürlü olmadı. Təəssüf  ki, telekanallarda belə tədqiqat xarakterli verilişlərə rast  gəlinmir.  Ancaq bu o  anlama gəlməməlidir ki,  bu işləri bacaran  jurnalistlər yoxdur. Təbii ki, ixtisaslaşmış və   bu işləri yetərincə bacaran  media əhli var.   Sadəcə olaraq   tədqiqat sahəsi sosial  sifarişə çevrilmir.

  Bu vaxta qədər bu işlərin gerçəkləşməsinə,  yəni cəmiyyəti narahat edən bu problemlərin tədqiqinə o  qədər maraq olmayıb.  Açıqı  telekanallar şou proqramlara  üstünlük verərək reytinq  toplamaqla, pul qazanmaqla məşğul olublar. Hətta yeri gələndə sağlam rəqabətdən daha çox mənasız çəkişmələrə üstünlük veriblər.   Çap və internet mediası  isə pulu olanda- olmayanda bu məsələyə maraq göstərməyib.   Bu da müəyyən mənada   auditoriyanı   daha çox haylı-küylü  xəbərlərə,  qıcıq doğuracaq əslində çox mənasız infornasiyalara öyrədib. 

 Baxmayaraq ki, belə informasiyaları eşidilmirdi.  Ancaq  etiraf etmək lazımdı ki,   yanğın hadisələrindən əvvəl   həmin  binalardakı üzlüklərin təhlükəliliyi  ilə bağlı, hər hansı  problemlər haqqında  informasiyanın  yayılmasının  özü  etinasızlıqla qarşılanacağı ehtimalı vardı. Çünki  cəmiyyətdə etinasızlıq sindromu   mövcud olub.  Digər məqam  ondan ibarətdir ki, ciddi yazıları  oxuyanların sayı  az olduğuna görə,  çap və internet mediası  jurnalist tədqiqatına maraq göstərmir. Etinasızlıq sindromunun  nəticəsi  isə göz qabağındadır.

   Ümumiyyətlə, tədqiqat işi  təcrübə və intellektlə bərabər  həm  xeyli vaxt, maliyyə tələb edən işdir. Heç kəs   aylarla vaxtını,  enerjisini  az məvacibə həsr edib  araşdırma   aparmaz.  Mən KİV-ə Dəstək Fondunun,  Mətbuat Şurasının elan etdiyi müsabiqələrə  diqqət yetirmişəm. Orada  jurnalist tədqiqatı ilə bağlı  hər hansı  istiqamətlər  yoxdur.

 Məgər Bakı şəhəri,  Rayon  İcra Hakimiyyətləri,  müxtəlif nazirliklər  və digər qurumlarla birlikdə  həyata keçirilən layihələrin keyfiyyəti,  lap elə binaların üzlənməsi,  inşaat işləri ilə bağlı  Mətbuat Şurası  və yaxud  KİV-ə Dövlət Dəstəyi Fondu birgə  müsabiqələr elan edə bilməzdimi?  Təbii ki, belə müsabiqələrın  keçirilməsi nəticəsində  aparılacaq tədqiqat işləri zamanında   bir çox qüsurları   aşkar edə bilər.  Əslində bu dövlətin də, vətəındaşların da mənafeyinə uyğun bir addım olar.   

 Binəqədidə baş verən  məlum yanğın hadisələri haqqında  bu gün  hamı danışır, narahatlığını dilə gətirir.  Həqiqətən bu ürək ağrıdan mənzərədir.  Belə hadisələrin, məsuliyyətsiz inşaat işlərinin bir daha təkrar olunmaması üçün   ictimai nəzarət, ictimai qınağ,   ən əsası davamlı  QHT- media qurumlarının işirakı ilə  birgə tədqiqatların aparılması işi zəruridir.

 Bu gün cəmiyyəti, əslində hər birimizi narahat edən  çox ciddi  sahələr  var ki, onların  ciddi tədqiqatının aparılması və yekun nəticələrin  ictimaiyyətə açıqlanması  zəruridir.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1970

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

2018-08-10 10:55:07

CƏMİYYƏT
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...

- Siz "Azərbaycan Cənubi Qafqazın lider dövləti" adlı kitabın həmmüəllifisini...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...