SİYASƏT
A- A A+

Azay Quliyev Ermənistanı barbar və vəhşi adlandırdı

2017-07-05 23:10:49

.

ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyev Minskdə ATƏT PA-nın 26-cı illik sessiyasında çıxış edərək (https://www.youtube.com/watch?v=pxpWubcaMAg) Ermənistanın silahlı qüvvələrinin atəşi nəticəsində  iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin qətlə yetirilməsi faktını sərt şəkildə qınayıb və həlak olmuş şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verib. Azay Quliyev bildirib ki, erməni silahlı birləşmələri qəsdən mülki əhalini hədəfə alaraq iki günahsız insanı - Sahibə Quliyeva və 2 yaşlı Zəhra Quliyevanı qətlə yetirib: “Bu Ermənistanın Azərbaycan xalqına qarşı olan barbar və vəhşi hərəkətdir. ATƏT PA bu qəddar hücumları kəskin şəkildə pisləməlidir. Münaqişələrdə belə halların baş verməsinə heç vaxt icazə verməməliyik. Düşünürəm ki, bu hərəkət azərbaycanlı mülki əhali qarşı olan qəsdən, məqsədli şəkildə törədilmiş hücumdur. Bu kimi hallar beynəlxalq humanitar hüququn və insan hüquqlarının pozulmasıdır və birbaşa olaraq 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının müddəalarına və cəbhə xəttində uşaqların, mülki əhalinin hüquqlarını müdafiə edən digər əlavə protokollara ziddir. Minsk Qrupunun həmsədrləri bu məsələ ilə məşğul olmalı və belə qəddar hücumları pisləməlidir, dərhal bu kimi hücumları dayandırmaq üçün addım atmalıdır”.
Azay Quliyev bu gündən etibarən bütün hərbi və siyasi məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirərək ATƏT PA-nın bu insidentlə bağlı səssiz qalmamasının və gələcəkdə cəbhə xəttində belə halların baş verməməsi üçün müvafiq addımlar atılmasının vacibliyini vurğulayıb.
Sessiyada qətlə yetirilən mülki şəxslər barədə XİN-in bəyanatı və onların şəkilləri ATƏT PA-nın üzvlərinə paylanılıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 494

QHT və MEDİA

2019-03-18 11:50:47

QHT və MEDİA
Məcburi köçkün məktəbinin şagirdləri lay...
Məcburi köçkün məktəbinin şagirdləri lay...

Azərbaycan Gənclər Fondunun maliyyəsi və Laçın rayon Təhsil Şöbəsinin təşkila...

2019-03-18 11:10:25

QHT və MEDİA
Prezident İlham Əliyevin əfv Sərəncamı ...
Prezident İlham Əliyevin əfv Sərəncamı ...

Demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqla...

CƏMİYYƏT

2019-03-14 08:55:42

CƏMİYYƏT
Münaqişənin həlli ilə bağlı politoloji t...
Münaqişənin həlli ilə bağlı politoloji t...

Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri heç zaman Dağlıq Q...

2019-03-11 08:35:14

CƏMİYYƏT
Politoloq: Həm leqal miqrasiya, həm də t...
Politoloq: Həm leqal miqrasiya, həm də t...

Həm leqal miqrasiya, həm də turizm xəttində təhlükəsizliyə təhdidlərin qarşı...

İQTİSADİ

2019-03-18 08:35:58

İQTİSADİ
Azərbaycan üzərindən keçən tranzit layih...
Azərbaycan üzərindən keçən tranzit layih...

Bakının neft sənayesinin beşiyi olduğunu xatırladan Pərviz Şahbazov bir əvvəl...

2019-03-12 10:15:16

İQTİSADİ
UNEC-də növbəti yeniliklər
UNEC-də növbəti yeniliklər

UNEC-in əcnəbi məzunlarla əlaqələrinin qorunub saxlanılması, xarici ölkələrdə...