SOSİAL
A- A A+

Cocuq Mərcanlının yenidən qurulmasının ikinci mərhələsi başladı

2017-07-05 08:15:18

.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulmasının ikinci mərhələsinə start verilib. Kəndə onlarla kran və yük maşınları cəlb edilib.
 Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Sabir Əhmədov APA-ya açıqlamasında Cocuq Mərcanlıda 100 evin tikintisi üçün 17 hektar torpaq sahəsində təmizləmə işlərinin aparılacağını deyib. Kənddə yeni mənzillər, uşaq bağçası, 50 yerlik xəstəxana, inzibati bina, poçt məntəqəsi, eləcə də kommersiya obyektlərinin inşası nəzərdə tutulub.
 Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov APA-ya bildirib ki, Cocuq Mərcanlıda aparılan tikinti işlərinin ikinci mərhələsi də kənd sakinlərinin bütünlüklə evlə təmin olunmasına yetməyəcək: “Çünki əhalinin sayı kənd sakinlərinin buranı tərk etdikləri dövrlə müqayisədə iki dəfə artıb.
Cocuq Mərcanlı ermənilərin nəzarətinə keçəndə ev hesabı ilə kənddə 209 ev, 250 təsərrüfat var idi. Amma bu gün 418 təsərrüfat, yəni ailə mövcuddur. Həmin dövrdə əhalinin sayı 1070 nəfər idisə, bu gün 1500-dək artıb”.
 Qeyd edək ki, Cocuq Mərcanlının yenidən qurulmasının birinci mərhələsində inşa olunan 50 mənzilin sahibləri püşkatma yolu ilə müəyyənləşdirilib. Onların qəsəbəyə köçürülməsinə sabah başlanacaq. 


 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 194

QHT və MEDİA

2017-11-22 20:15:10

QHT və MEDİA
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...

O, dövlət büdcəsindn QHT-lərin inkişafı və maliyyələşdirilməsi üçün ayrılan ...

2017-11-22 08:20:55

QHT və MEDİA
Ermənistanın faşizmi dövlət siyasəti seç...
Ermənistanın faşizmi dövlət siyasəti seç...

Hətta nasistlərin simvolu işğalçı ölkənin hakim partiyasının rəmzidir. Ermən...

CƏMİYYƏT

2017-11-23 08:45:29

CƏMİYYƏT
Mühafizə olunan “Tarix Muzeyi kolleksiya...
Mühafizə olunan “Tarix Muzeyi kolleksiya...

MEK-in Komplektləşdirmə bölməsinin əməkdaşları Mehri Həsənli və Şəlalə Eyvaz...

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

İQTİSADİ

2017-11-23 08:50:53

İQTİSADİ
“Hər il Qarabağ əlilləri və şəhid ailələ...
“Hər il Qarabağ əlilləri və şəhid ailələ...

“APA-Economics”in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naz...

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...