2015-05-28 10:00:14 | MƏDƏNİYYƏT
"Azərbaycan muğamı" Varşavada

Azərbaycanın Polşadakı səfirliyi 28 May-Respublika Günü münasibətilə Varşava şəhərindəki Kral Sarayında "Azərbaycan muğamı" adlı konsert təşkil edib.

Azərbaycandan dəvət olunmuş muğam ifaçıları Ehtiram Hüseynovun, Aytən Məhərrəmovanın, musiqiçilər Rövşən Qurbanov (tar), Xəyyam Məmmədov (kamança), Gülşən Ağayeva (qanun), Nuran Bəkirov (balaban), Kamran Kərimovun (nağara) ifasında muğam xəzinəmizin nümunələri qonaqlara təqdim edilib. Xanəndələrin oxuduqları "Bayatı Şiraz", "Sarı gəlin" və "Qarabağ şikəstəsi" qonaqlar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

Kral Sarayının əməkdaşı, musiqişünas Aleksandra Buşta-Bonk çıxış edərək Azərbaycan muğamının qədim tarixi və fəlsəfəsi ilə bağlı qonaqlara məlumat verib. O, muğam ifası zamanı istifadə edilən musiqi alətlərinin təkrarolunmaz səsə malik olduğunu qeyd edib. Xanım Aleksandra Buşta-Bonk min illik tarixə malik musiqi incisinin Kral Sarayında səsləndirilməsinin çox önəmli hadisə olduğunu diqqətə çatdırıb.

Hökumət nümayəndələri, Polşada akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, ölkənin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri, iş adamları, jurnalistlər də daxil olmaqla ümumilikdə 400 nəfər konsertə tamaşa edib.

 

Sonda Kral Sarayında Respublika Günü münasibətilə ziyafət verilib.

Baxış sayı : 2409
Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib