CƏMİYYƏT
A- A A+

Cocuq Mərcanlıya köç başlayır

2017-07-04 08:40:56

.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə köçəcək ailələr arasında püşkatma keçirilib.
1994-cü ildən bəri Cocuq Mərcanlı kəndini tərk etməyən Oqtay Həziyevin böyük qardaşı İsmət Həziyev və digər sakin Esmira Orucova məlumat veriblər.
Püşkatma nəticəsində İ.Həziyev 5 ədəd dördotaqlı evdən birinin sahibi olub.
E.Orucovanın bəxtinə isə 14 nömrəli ikiotaqlı ev düşüb:
“Gözəl təsadüfdür ki, bizim rayondakı evin nömrəsi də 14 idi.
Evimiz iki otaqlıdır. Vətənə qayıdacağımız üçün çox sevinirik”.
 Püşkatmanın kənd icra nümayəndəsi və “Qaçqınkom”un səlahiyyətlərinin iştirakı ilə tam şəffaf keçirildiyini deyən E.Orucova hər kəsə öz minnətdarlığını bildirib:
 “Onsuz hamı ailə üzvlərinin sayına görə neçə otaqlı ev alacağını bilirdi. Hər şey tam qanunauyğun, hər kəsin gözü qarşısında keçirildi. Cənab Əli Həsənov başqa tədbirdə olduğu üçün püşkatmada iştirak etmədi”.
 Onun sözlərinə görə, iyulun 4-dən etibarən ailələr Cocuq Mərcanlıya köçəcək:
“Bizə bildirdilər ki, orderlər oktyabr ayında növbəti mərhələdə tikilən evlər hazır olanda veriləcək. Amma sabahdan etibarən mərhələli şəkildə “Qaçqınkom”un vəsaiti hesabına bütün əşyalarımız kəndə aparılacaq”.
 Qeyd edək ki, birinci mərhələdə kənddə 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Həmin evlərdə 50 ailə yaşayacaq. 

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 809

QHT və MEDİA

2019-12-06 09:20:55

QHT və MEDİA
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...

Ukrayna və Belarusun qabaqcıl KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin f...

2019-12-04 20:55:38

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın...

CƏMİYYƏT

2019-12-04 10:50:22

CƏMİYYƏT
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safa...

2019-12-02 12:05:29

CƏMİYYƏT
Klassik irsimizin zirvəsi
Klassik irsimizin zirvəsi

Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vaze...

İQTİSADİ

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...

2019-12-02 09:45:15

İQTİSADİ
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...

Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu bax...