SOSİAL
A- A A+

“İkinci nəfəs” layihəsinin yekunları

2017-07-03 08:05:27

.

İkinci nəfəs” – ahıl və tənha vətəndaşlar üçün alternativ sosial xidmətlərin təşkili” layihəsinin yekunları ilə bağlı tədbir keçirilib

 Azərbaycan Milli QHT Forumunun Təlim və Resurs Mərkəzində “Ahıllara və Tənhalara Dəstək”  ictimai birliyi tərəfindən həyata keçirilən  ““İkinci nəfəs” – ahıl və tənha vətəndaşlar üçün alternativ sosial xidmətlərin təşkili” layihəsinin yekunları ilə bağlı tədbir keçirilib.

 Tədbiri giriş sözü ilə açan təşkilat rəhbəri Ruhiyyə Məmmədova bildirib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 3 ay müddətində  reallaşıb.

 Layihə çərçivəsində ahıl və tənha vətəndaşlar üçün Azərbaycanın dilbər güşələrindən olan Quba rayonuna istirahət turu təşkil olunub,  Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Səməd Vurğun” və “Qızıl qələm” mükafatları laureatı, şair-dramaturq Zaməddin Ziyadoğlunun “Ömür növrağı” kitabının təqdimatı mərasimi keçirilib,  eyni zamanda 3 ahıl vətəndaş üçün doğum günü tədbirləri təşkil olunub.

 Təşkilat rəhbəri eyni zamanda bildirib ki, bununla yanaşı bu qəbildən olan insanların müxtəlif problemlərinin həllinə yardım edilib. Beləki onların müayinələrinin aparılması, xüsusi tipli dövlət müəssisələrinə yerləşdirilməsi və s. fəaliyyətlər həyata keçirilib.

 Daha sonra layihə çərçivəsində keçirilən tədbirlər haqqında video təqdimat iştirakçılara təqdim olunub.

 Tədbirdə iştirak edən və layihə benefisinatlarından olan şair-dramaturq Zaməddin Ziyadoğlu, Zakir Əliyev, Ənvər  Əhmədov,  Lider TV-nin əməkdaşı Elçin Quliyev, QHT rəhbərlərindən Mehriban Abdullayeva  Taleh Əliyev, Naibə Behbudova,  Sevda Əhədova,  Xədicə Mikayılova, Bəsti Nəsibova, Nailə İsmayılova, Cəmilə Abdulova, Tahirə Nağıyeva, Cəsarət Hüseynzadə və digərləri layihənin əhəmiyyətindən danışaraq, bu istiqamətdə görüləcək işlərlə bağlı təkliflərini bildiriblər.

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 716

QHT və MEDİA

2019-11-17 08:05:19

QHT və MEDİA
Erməni cəlladı Njdenin armavirli deputat...
Erməni cəlladı Njdenin armavirli deputat...

Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində yerli qanunvericilik orqanı...

2019-11-16 11:00:04

QHT və MEDİA
Şura 2020-ci ildə dövlət orqanları və di...
Şura 2020-ci ildə dövlət orqanları və di...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...