SOSİAL
A- A A+

28 may ABŞ paytaxtında rəsmi olaraq Azərbaycan Milli Günü elan edilib

2015-05-28 09:30:28

Vaşinqton şəhərinin meri Müryel Bouzer (Muriel Bowser) 2015-ci ilin 28 may tarixinin ABŞ paytaxtında rəsmi olaraq Azərbaycan Milli Günü elan edilməsi barədə Bəyanat imzalayıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, sənəddə 28 may 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin ilk dünyəvi müsəlman Demokratik Respublikası olduğu, bütün vətəndaşlarına bərabər hüquqlar, o cümlədən qadınlara seçkilərdə iştirak etmək hüququnu vermiş ilk müsəlman ölkəsi olduğu qeyd edilir. Azərbaycanın ABŞ-ın önəmli strateji tərəfdaşı olduğu vurğulanır. Bildirilir ki, sayı 40 milyondan artıq olan dünya Azərbaycanlıları 97 ildir ki 28 may tarixini Milli Gün kimi qeyd edir.

 ABŞ paytaxtında 28 may tarixinin Azərbaycan Milli Günü elan edilməsi artıq bir ənənəyə çevrilib. Hazırda ABŞ-ın digər ştatlarında və ayrı-ayrı şəhərlərində də 28 mayın Azərbaycan Milli Günü elan edilir.

 Qeyd edək ki, keçən ilin sonu Vaşinqtonun meri seçilmiş M.Bouzer şəhər tarixinə bu vəzifəyə seçilmiş ikinci qadın kimi düşüb.   

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 1314

QHT və MEDİA

2019-07-22 09:30:10

QHT və MEDİA
Millət vəkili: Mediamız Azərbaycan həqiq...
Millət vəkili: Mediamız Azərbaycan həqiq...

İyulun 19-da Milli Mətbuatın 144 illiyi münasibətilə Dövlət Gömrük Komitəsi t...

2019-07-21 07:55:52

QHT və MEDİA
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...

"Bugünlərdə Azərbaycan-Gürcüstan sərhəddində, "Keşikçidağ"da baş verən hadisə...

CƏMİYYƏT

2019-07-23 10:10:46

CƏMİYYƏT
Qarabağ atları
Qarabağ atları

Tarixi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılıb və inkişaf e...

2019-07-22 09:45:08

CƏMİYYƏT
Azərbaycan milli mətbuatının yaranmasınd...
Azərbaycan milli mətbuatının yaranmasınd...

Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası ...

İQTİSADİ

2019-07-23 12:25:23

İQTİSADİ
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...

“Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” böyük kommunikasiy...

2019-07-19 08:40:08

İQTİSADİ
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...