SOSİAL
A- A A+

Əliməmməd Nuriyev: “AHT-nin qərarı Azərbaycan vətəndaş cəmiyyəti və hökumətinin uğurudur”

2017-07-01 12:05:02

.

28 iyun 2017-ci il tarixdə Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşkilatının Rəhbər Komitəsinin Vaşinqtonda keçirilən toplantısında Azərbaycanın üzvlüyü məsələsi müzakirə olunub.  Rəhbər Komitə  Azərbaycanın əvvəlki statusda qalmasına qərar verib.

Qərarda qeyd olunur ki, Rəhbər Komitə son vaxtlar Azərbaycan  hökumətinin QHT-lərlə bağlı problemlərin həlli istiqamətində atdığı müsbət addımları pozitiv qiymətləndirir və dəyərləndirir. Bu addımlar 2016-2018-cı illər üçün Açıq Hökumətin Təşviqinə dair Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı konsultasiya mexanizminin, çoxtərəfli Açıq Hökumət Platformasının yaradılması,  qrant müqavilələrinin qeydiyyatı üçün “bir pəncərə” sisteminin tətbiqini ehtiva edir.

Rəhbər Komitə  Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşkilatının Standartlar və Kriteriylar üzrə Altkomitəsinə 15 sentyabr 2017-ci il tarixə kimi Azərbaycan hökuməti və bütün maraqlı tərəflərin, eləcə də xarici ekspertlərin iştirakı ilə yeni tövsiyyələr hazırlanmasını həvalə edib. Azərbaycan hökumətinə də 1 il müddətində bu tövsiyyələrin icrası üçün zaman verilməsi qərara alınıb.

 Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşkilatının (AHT)  Rəhbər Komitəsinin bu qərarını şərh edən Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev bildirib ki,  son 1 ildə vətəndaş cəmiyyəti və Azərbaycan hökuməti bu istiqamətdə çox məhsuldar işləyib: “AHT Rəhbər Komitəsinin qərarında bu müsbət  məqamlar vurğulanıb. Qeyd edim ki, 29 mayda AHT nümayəndə heyətinin Bakı səfəri zamanı Açıq Hökumət Platforması üzvləri ilə görüş keçiriləndə, biz bütün bu məsələləri onların diqqətinə çatdırmışdıq.

Rəhbər Komitənin qərarı Azərbaycan vətəndaş cəmiyyətinin və hökumətinin uğuru kimi qiymətləndirilməlidir.  Çünki MHŞT-də olduğu kimi Azərbaycanın AHT-də fəaliyyətinin dayandrılması üçün çox böyük təzyiqlər, müraciətlər vardı.  Növbəti dəfə bundan siyasi şou düzəltmək üçün çox çalışırdılar.  Lakin AHT Rəhbər Komitəsi çox konstruktiv qərar qəbul edərək, dialoq, müzakirə yolunu seçdi.  Azərbaycan vətəndaş cəmiyyəti də məhz bu cür yanaşmanın tərəfdarıdır. Biz hesab edirik ki, əldə olunan nəticələrə istinad etməklə, söykənməklə vətəndaş cəmiyyətinin problemlərinin həlli üçün çalışmalarımızı davam etdirməliyik.  Azərbaycan hökuməti də,  bu məsələlərdə konstruktiv yanaşma nümayiş etdirir. Platforma, vətəndaş cəmiyyəti ilə müzakirələr aparılır. Platforma hökumətlə birgə   mövcud problemlərin həlli üçün ortaq yanaşmalar tapılması üçün ardıcıl iş aparır”.

 Ə. Nuriyev bildirib ki, Rəhbər Komitənin qeyd etdiyi problemləri Açıq Hökumət Platforması hər zaman hökumətlə açıq müzakirə edir: “Bu problemlərin mövcudluğunu açıq bəyan edirik. Hesab edirik ki, xarici donorlardan qrantlar alınması ilə bağlı narahatlıq yaradan  məqamların müzakirəsinə,  aradan qaldırılması istiqamətində iş aparılmasına ehtiyac var. Vətəndaş cəmiyyətinin bu mövqeyi hökumət tərəfindən də anlayışla qarşılanır. Bir sözlə bu istiqamətdə ardıcıl iş aparılır”.

 

 

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 235

QHT və MEDİA

2017-11-20 20:10:02

QHT və MEDİA
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan, yar...

2017-11-18 10:05:29

QHT və MEDİA
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyy...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...