QHT və MEDİA
A- A A+

QHT Belçikada rəsmi şəxslərlə Dağlıq Qarabağ mövzusunda müzakirələr apardı

2017-07-01 10:40:27

layihə

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) icra etdiyi “Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və həqiqətləri barədə beynəlxalq ictimaiyyətə yönələn çağırışlar” adlı beynəlxalq informasiya və ictimai dəstək xarakterli layihə çərçivəsində Belçika Krallığında parlament və hökumət strukturlarında görüş və müzakirələr keçirilmişdir.

İlk görüş Brüssel bölgə hökumətinin dövlət naziri və eyni zamanda millət vəkili və Saint-Josse ten Noode burqomisteri (bələdiyyə başçısı) olan Emir Kırla keçirildi. ADTGT sədri Asif Əsgərli və sədr müavini Gülnarə Bağırova belçikalı siyasətçiyə Azərbaycanın Avropaya inteqrasiya siyasəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin real vəziyyəti, həqiqətləri, işğal və həll yolları haqda geniş və ətraflı məlumat verdilər və səlahiyyətləri çərçivəsində ölkəmizin ədaləti mövqeyinin dəstəklənməsini ondan xahiş etdilər. Qarşılıqlı keçən müzakirədə Şuranın dəstəyi ilə ADTGT-nin həyata keçirdiyi layihə və eləcə də gələcəkdə Belçika və Azərbaycan QHT-lərinin birgə layihə imkanları barədə fikir mübadiləsi aparıldı. 

Növbəti görüş və müzakirələr Belçika Federal Parlamentində, Senatında və Flaman Parlamentində nüfuzlu siyasi xadimlərlə, müxtəlif siyasi partiya rəhbərləri və təmsilçiləri ilə oldu. Federal Parlamentin deputatı, Belçika Senatının üzvü və eyni zamanda Belçika-Azərbaycan dostluq qrupunun rəhbəri Alain Destexhlə, federal millət vəkili, Belçika Yaşıllar (Groen) Partiyasının sədri Məryəm Almacıyla və digər senator və deputatlarla keçirilən görüşlər və aparılan müzakirələr də çox maraqlı oldu. Azərbaycan, Dağlıq Qarabağ həqiqətləri haqda bilgilən belçikalı rəsmilər də status-kvonun aradan qaldırılmasını, münaqişənin sülh yolu ilə, dövlətlərin ərazi bütövlüyü  çərçivəsində həllinin vacibliyini qeyd etdilər. Azərbaycanla Belçika və hər iki ölkənin QHT-ləri arasında əməkdaşlığın genişləndirilməsini vurğulayan avropalı senator və millət vəkilləri ölkəmizin multikulturalizm ənənə və təcrübəsinin bu sahədə önəmli istiqamət kimi götürülə biləcəyini bildirdilər.

ADTGT rəhbərliyi görüşlərdə avropalı qonaqlara Şuranın dəstəyi ilə ADTGT-nin hazırladığı Azərbaycan və Qarabağla bağlı kitabça, disk və digər çap və audio-vizula materillar və xatirə hədiyyələri təqdim etdilər və onları yaxından tanış olmaq üçün ölkəmizə dəvət etdilər.  


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 661

QHT və MEDİA

2019-12-06 09:20:55

QHT və MEDİA
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...

Ukrayna və Belarusun qabaqcıl KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin f...

2019-12-04 20:55:38

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın...

CƏMİYYƏT

2019-12-04 10:50:22

CƏMİYYƏT
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safa...

2019-12-02 12:05:29

CƏMİYYƏT
Klassik irsimizin zirvəsi
Klassik irsimizin zirvəsi

Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vaze...

İQTİSADİ

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...

2019-12-02 09:45:15

İQTİSADİ
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...

Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu bax...