SİYASƏT
A- A A+

"Regionda sabitlik, sülh və təhlükəsizlik olmasa..."

2017-06-30 09:15:12

.

“Qara Dənizə İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ilə hansısa yeni layihə yoxdur. Azərbaycan tərəfi dəfələrlə bildirir ki, QDİƏT layihəyönümlü olsun. Lakin təşkilatın nə maliyyə vəsaiti, nə ekspertləri, nə də başqa imkanları var”.

Bunu “Report”a açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

O bildirib ki, enerji və nəqliyyat sahəsi ilə bağlı layihələri Azərbaycan tərəfi həyata keçirir: “QDİƏT-in burada heç bir rolu yoxdur. Enerji layihələrində Bolqarıstan, Albaniya da iştirak edəcək. Təbii ki, bunun da təşkilata heç bir aidiyyatı yoxdur”.

M.Məmmədquliyev qeyd edib ki, təşkilat səhiyyə nazirlərinin görüşünü təşkil etmək niyyətində olub, lakin bu alınmayıb: “Çünki buna maraq yoxdur. Elə digər məsələlərə də maraq yoxdur. İki-üç ölkənin nümayəndəsinin gəlməsi ilə İşçi qrupunun iclasını keçirdiklərini bildirirlər. Bunları da açıq şəkildə deyən yoxdur. Təşkilatın sədri nəyisə etməyə çalışır. Hər şey göz önündədir”.

Nazir müavini qeyd edib ki, təşkilatın yaranmasının müddəti 25 il olsa da, hansısa ciddi layihə həyata keçirməyib. Onun sözlərinə görə, regionda sabitlik, sülh və təhlükəsizlik olmasa, heç bir iqtisadi inkişaf olmayacaq: “Bu gün əsas neqativ hal təşkilatın əhatə etdiyi regionda 4 münaqişənin olmasıdır. Bura Dağlıq Qarabağ münaqişəsi, Gürcüstan, Moldova və Ukraynadakı vəziyyət aiddir. Bəzən bizi dəstəkləyir, bəzən də rəsmi olmasa da çıxışlardan sonra yaxınlaşıb düz danışdığımızı bildirirlər. Digərləri isə bunu açıq şəkildə deyə bilmir. Bu, tək siyasi məsələ deyil. Bəziləri regionda mövcud olan problemləri siyasi məsələ adı ilə müzakirəyə çıxarmır”.

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 711

QHT və MEDİA

2019-10-19 09:30:07

QHT və MEDİA
“The American Interest” nəşri Azərbaycan...
“The American Interest” nəşri Azərbaycan...

Kornell yazır ki, mühüm geosiyasi mövqeyi olan Azərbaycan Birləşmiş Ştatlar ü...

2019-10-18 10:50:38

QHT və MEDİA
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli...

CƏMİYYƏT

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

İQTİSADİ

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...