CƏMİYYƏT
A- A A+

“Azərbaycan Avropa ilə Asiyanı birləşdirən önəmli körpüdür”

2017-06-29 11:50:16

“Polşa və Azərbaycan öz regionlarında iqtisadi liderlərdir, regionun sabitliyinin və inkişafının təmin edilməsində həlledici rol oynayırlar”

APA-nın xəbərinə görə, bunu Varşavada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı Polşa prezidenti Andjey Duda deyib. 
 A.Duda qeyd edib ki, Cənubi Qafqaz regionunda rolu, həmçinin Şərq Tərəfdaşlığında getdikcə artan iştirakı baxımından Polşanın Şərq siyasəti üçün Azərbaycan çox önəmlidir: “Hesab edirik ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən önəmli körpüdür. Əminəm ki, bu gün beynəlxalq vəziyyətin çox mürəkkəb olduğu dövrdə birlikdə tərəfdaşcasına əməkdaşlıq sayəsində ortaq təşəbbüs və tədbirlərimizi uğurla həyata keçirmək şansına malikik”.
 Polşa prezidenti qeyd edib ki, Azərbaycan və Polşa xalqlarını bir-birinə bağlayan dostluq münasibətləri dərin tarixi köklərə əsaslanır: “Polyaklar Azərbaycana artıq XVIII əsrdən başlayaraq üz tutub, burada özlərinə ikinci yurd tapmış və yeni vətənlərinin inkişafında iştirak ediblər.
 
XIX əsrdə Bakıda neft sənayesi sürətlə inkişaf etməyə başlamışdır. O vaxt “Bakı neftinin atası” adlandırılan geoloq Vitold Zglenitskinin və mühəndis Pavel Pototskinin nailiyyətləri xüsusi tanınırdı. Bu günədək Azərbaycanda onların nailiyyətlərinin xatırlanması və Pavel Pototskinin Xəzər dənizinin sahilində yerləşən məzarına hörmət və qayğı göstərilməsinə görə Sizə minnətdarlığımı bildirirəm. XIX əsrin sonları - XX əsrin əvvəllərində polyak əsilli tanınmış memarlar Yuzef Qoslavski, Yuzef Ploşko, Yevgeni Skibinski və digərləri bu gün də mötəbərliyini itirməyən Bakının simasının formalaşmasına öz töhfələrini veriblər. Milliyyətcə polyak Stanislav Despot-Zenoviç isə Bakı şəhərinin başçısı olub”.
 “Bir çox polyak üçün Bakının nə qədər əhəmiyyətli olmasını, həmçinin polyak ədəbiyyatının nadir incilərindən sayılan Stefan Jeromskinin “Bahar ərəfəsi” əsərinin əvvəlindəki hadisələrin məhz bu şəhərdə - baş qəhrəman Tsezari Barıkanın uşaqlıq və gənclik illərinin keçdiyi, atası Severinin böyük ümidlər bəslədiyi şəhərdə cərəyan etməsi təsdiq edir”, - deyə A.Duda qeyd edib.
 Polşa prezidentinin sözlərinə görə,  XX əsrdə müstəqilliyə və azadlığa olan məhəbbət iki ölkəni  bir-birinə yaxınlaşdırdı: “1918-1920-ci illərdə - Azərbaycanın azadlıq uğrunda mübarizə apardığı dövrdə başda öz həyatını Azərbaycanın müstəqilliyinə qurban vermiş general Maçey Süleyman Sulkeviç olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda və dövlət aparatında bir çox polyak xidmət göstərib. İkinci Dünya müharibəsi illərində bizim azadlığımızı isə Polşa Ordusu sıralarında polkovnik Vəli bəy Yadigar qoruyub. Onların Varşava şəhərinin Praqa rayonunda ucaldılmış birgə abidəsi bu qarşılıqlı əlaqələrin təcəssümüdür”. 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 285

QHT və MEDİA

2018-05-23 19:40:58

QHT və MEDİA
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 1918-ci ildə Az...

2018-05-23 07:55:44

QHT və MEDİA
Kaliforniya qubernatoru: Azərbaycan düny...
Kaliforniya qubernatoru: Azərbaycan düny...

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Edmund Braun Azərbaycan Xalq Cümhuriy...

CƏMİYYƏT

2018-05-22 09:25:48

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbayc...

2018-05-21 08:10:20

CƏMİYYƏT
ABŞ Konqresi və “Heritage” fondunda Tran...
ABŞ Konqresi və “Heritage” fondunda Tran...

ABŞ Konqresində “Trans-Xəzər regionun geostrateji əhəmiyyəti və perspektivlər...

İQTİSADİ

2018-05-23 06:35:13

İQTİSADİ
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, səna...

2018-05-17 08:45:07

İQTİSADİ
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəm...