SİYASƏT
A- A A+

Ankarada “Erməni məsələsi: miflər və ya reallıqlar”

2015-05-28 09:10:09

Türkiyənin paytaxtı Ankarada “Erməni məsələsi: miflər və ya reallıqlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda Türkiyə ilə yanaşı, Norveç, ABŞ, İsrail, Böyük Britaniya, İrlandiya, Azərbaycan, Fransa, Albaniya, Kanada və başqa ölkələrdən ekspertlər iştirak ediblər.   

 Konfransda çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Dünya Siyasəti İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Musa Qasımlı 1918-ci ildə Bakıda mart hadisələri üzərində ətraflı dayanaraq deyib: “O illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımının başlıca məqsədi Azərbaycanın qəlbini-neftlə zəngin Bakını qoparmaq və onu azərbaycanlılar yaşamayan bir şəhərə çevirmək olub. Bu məqsədlə 1918-ci ilin martında Bakının və onun ətraflarının dinc əhalisi soyqırımına məruz qalıb, bir neçə günün içində 10 mindən çox adam məhv edilib. Məqsəd Bakı şəhərinin gələcəkdə Azərbaycanın paytaxtına çevrilməsinə yol verməmək üçün onu azərbaycanlılardan təmizləmək olub. Amma bu addım uğursuzluqla nəticələnib. Ermənilər Bakını azərbaycanlıların əlindən almağa müvəffəq olmayıblar”.

Giresun Universitetinin rektoru, doktor Aygün Attar çıxışında qeyd edib ki, ermənilər XX əsrin əvvəlləri və axırlarında Azərbaycanın Qarabağ regionunda azərbaycanlı əhalini kütləvi şəkildə qırıblar.

 Çıxışında Türkiyə-Ermənistan münasibətlərinə toxunaraq amerikalı tarixçi Castin Makkarti deyib: “Türklər heç vaxt soyqırımı törətməyiblər. Bu məsələ nə qədər çox və dərindən araşdırılsa, türklərin haqlı olduğu bir o qədər aydın olar. Türkiyə Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsini heç vaxt unutmamalıdır”.

 İsrailin beynəlxalq münasibətlər sahəsində tanınmış eksperti, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı Arye Qut vurğulayıb ki, Ermənistan Prezidenti Serj Sarkisyanın səmimi etirafını xatırlamağa dəyər. S. Sarkisyan həyasızcasına deyib: “Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi məhz Xocalıda qırdıq”. 

 Natiq 1996-cı ildə çap olunmuş “Ruhumuzun canlanması” əsərində Xocalı soyqırımına haqq qazandıran Zori Balayanın etiraflarını da diqqətə çatdıraraq deyib: “Terrorçu Balayan kitabında ermənilərin Xocalıda dinc azərbaycanlılara qarşı törətdikləri soyqırımını, təhqir və həqarətləri fəxrlə sadalayıb. Bu cinayətkar və qatı şovinist utanıb-qızarmadan bəyan edib ki, ermənilərin Xocalıda törətdikləri ilə hər bir erməni qürur duymalıdır. Bu faktlar sübut edir ki, Xocalı şəhərində dinc mülki əhalinin düşünülmüş şəkildə məhv edilməsi onları təkcə azərbaycanlı olduqlarına görə kütləvi qırmaq məqsədi daşıyıb. Xocalıda əmrlər verən məhz bu adamlar beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər”.

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 739

QHT və MEDİA

2017-11-20 20:10:02

QHT və MEDİA
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan, yar...

2017-11-18 10:05:29

QHT və MEDİA
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyy...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...