QHT və MEDİA
A- A A+

Lüksemburqda “Azərbaycan - tolerantlıq diyarı” adlı sərgi açılıb

2017-06-29 09:30:08

.

Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Mədəniyyət Cəmiyyətində Azərbaycanın Belçikadakı və Lüksemburqdakı səfirliyinin və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi ilə “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən “Azərbaycan - tolerantlıq diyarı” adlı sərginin açılış mərasimi keçirilib.

Sərgidə Azərbaycanın 24 gənc rəssamının 84 əsəri nümayiş etdirilir.

Sərginin açılış mərasimində “Qarabağ” Mədəniyyət Cəmiyyətinin vitse-prezidenti xanım Eva Rodik çıxış edərək bu kimi tədbirlərin keçirilməsinin önəmindən danışıb.

Sonra çıxış edən səfir Fuad İsgəndərov Azərbaycanın dünyada qədim tarixə və mədəniyyətə malik, eyni zamanda, möhkəm tolerantlıq ənənələri və multikultural dəyərləri olan bir ölkə kimi tanındığını vurğulayıb. O, rəssamlıq sənətinə ölkəmizdə daim yüksək qiymət verildiyini və bu gün bu irsin gənc rəssamlar tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Səfir bu kimi sərgilərin gənc azərbaycanlı istedadların üzə çıxarılması ilə yanaşı, Azərbaycana məxsus rəssamlıq dəst-xəttinin dünyada tanıdılmasına mühüm töhfə verdiyini qeyd edib. Diplomat iştirakçı rəssamlara sertifikatlar təqdim edib.

Lüksemburq ictimaiyyətinin diqqətini cəlb edən tədbirdə bu ölkədə yaşayan Azərbaycan diasporunun üzvləri, diplomatik korpusun, qeyri-hökumət təşkilatlarının, tədqiqat mərkəzlərinin və media qurumlarının nümayəndələri iştirak ediblər. (Azərtac)

 

 

 

 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 525

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

2019-05-24 08:40:50

CƏMİYYƏT
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qur...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...