SİYASƏT
A- A A+

AŞPA-nın iclasında ermənilərin iddialarına sərt reaksiya

2017-06-28 09:00:53

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının başlanğıcında Büro və daimi komitənin ənənəvi hesabatı dinlənilib

"Report"un Fransa bürosu xəbər verir ki, hollandiyalı deputat Tini Koksun hesabat məruzəsindən sonra başlayan müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov çıxış edərək, təqdim olunan məruzə və Avropa Şurasının fəaliyyətlərinin islahata ehtiyac duyulan bəzi sahələri barədə fikirlərini bildirib.

Belə məruzələrin səmərəliliyinin artması üçün onların özünütənqid ruhunda hazırlanmasının, inkişafa mane olan amillərə xüsusi diqqət yetirilməsinin zəruriliyini vurğulayan R.Hüseynov deyib: “Büro və daimi komitənin ötən sessiyadan indiyədək olan fəaliyyətini əks etdirən ənənəvi hesabatlarımız “İnkişaf haqqında məruzə” adlansa da, aydındır ki, bu mətn yalnız əldə olunmuş nailiyyətləri əks etdirmir, ümumən keçilmiş yolu təhlil edir. Keçilmiş yol isə yalnız uğurlardan ibarət ola bilməz. İş varsa, söz yox ki, nöqsanlar da, gerçəkləşməyən niyyətlər də var. Güman edirəm ki, biz gələcəkdə bu hesabatları daha çox pozitiv məqamların sadalanması üzərində deyil, özünütənqid əsasında qursaq, diqqəti nailiyyətlərimizdən çox hansı məqsədlərimizə niyə çata bilmədiyimizin təhlilinə yönəltsək, daha artıq fayda görərik. Konkret olaraq biz Assambleya tərəfindən qəbul edilmiş qətnamələrin necə icra edilməsi məsələsinə xüsusi münasibət göstərməliyik. Zənnimcə, bu hesabatlarda mütləq qaydada hər dəfə hansı qətnamələrin uğurla həyata keçirildiyini, tətbiq olunduğunu, hansıların isə elə kağız üzərində qaldığını şərh etməli və vurğulamalıyıq. Xüsusilə də, hansı qətnamə ilə bağlı irəliləyiş yoxdursa, işin sürətlənməsinə, yaxud hərəkətə gəlməsinə mane olan obyektiv və subyektiv səbəblərə diqqət yönəltməliyik”.

Ermənistanın icrasından boyun qaçırdığı AŞPA qətnamələrini xatırladan azərbaycanlı deputat belə hərəkətlərinə görə bu ölkənin cəzasız qalmasının yolverilməz olduğunu bildirib: “Bircə nümunə gətirim. Su insan həyatı üçün ən vacib, hətta bütün istiqamətlərdə tam bərqərar olması üçün mübarizə apardığımız demokratiyadan da önəmli olan bir nemətdir. Çünki ən azı biz öz bioqrafiyamızdan bilirik ki, demokratiya olmadan da illərlə yaşamaq mümkündür, susuzluğa isə ən dözümlü insan 14 gündən artıq tab gətirə bilməyərək məhv olur. Assambleyada 24 ildən bəri işğal altında olan Sərsəng su anbarı ilə bağlı, “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” məruzə müzakirə olundu və 2016-cı il yanvarın 26-da 2085 saylı qətnamə qəbul edildi. Ermənistan bu günə qədər həmin qətnamənin icrasına aqressiv müqavimətini davam etdirməkdədir. “İnkişaf hesabatı”nda kimsə indiyədək bu cür qəbul edilib işləməyən hansı qətnamələrdən bircə cümləyə rast gəlib? Sonra da gileylənirik ki, təşkilatımızda böhranlar var. Belə çətin böhran vəziyyətindən çıxmaq üçün mahiyyətlə bağlı əsas məsələləri unudaraq, başlayırıq kosmetik struktur dəyişiklikləri ilə özümüzü aldatmağa. Avropa Şurası elə bir ailədir ki, burada ərköyün üzv olmamalıdır. Bəzilərinə güzəştli, bəzilərinə isə sərt münasibət bəsləninməməlidir. AŞPA-nın 1416, 2085 və sair qətnamələrinin icrasına, təşkilatın yaratdığı alt komitənin fəaliyyətinə nümayişkarcasına müqavimət göstərən Ermənistanın nizamnaməyə zidd hərəkətləri, əslində, Avropa Şurasına qarşı təxribatdır. Çünki ziyanlı nümunə yoluxucu olur. Başqaları da görür ki, hansısa üzv ölkə ona sərf etməyən qətnaməni, qətnamənin hansısa bəndlərini bloklaya bilir və o da başlayır eyni cür davranmağa”.

R.Hüseynovdan öncə çıxış edən 2 erməni nümayəndənin artıq adət alımış tərzdə Azərbaycanın ünvanına hədələr yağdırmasına münasibət bildirən deputatımız bu yalan və nifrət dolu, uydurma və böhtan sözlərin Ermənistanın işğalçı mahiyyəti ilə tam uyğun olduğuna diqqət çəkib.

Azərbaycan nümayəndə heyətinin üzvü kənardan idarə edilən, yalnız formal müstəqilliyə malik Ermənistana qarşı Avropa Şurasının qəti addımlar atmamasının təəccüb doğurduğunu bildirib: “Necə olur və nəyə güvənərək siyasi baxımdan zəif, iqtisadi cəhətdən miskin Ermənistan Avropa Şurasına bu cür meydan oxuya bilir? Axı müstəqilliyi sırf simvolik xarakter daşıyan, forpost olduğunu özü də rəsmən etiraf edən Ermənistanın idarəetmə düymələri, kuklaoynadanları ölkədən kənardadır. Xaricdən, ağalarından komanda gəlir ki, “belə et!”, Ermənistan da yerinə yetirir və həmin pərdə dalındakı qüvvələr də bu vasitə ilə Avropa Şurasına qarşı təzyiqlərini reallaşdırmış olurlar. Siz özünüz bunları məndən də yaxşı bilirsiniz.

Güman edirəm ki, inkişafımıza əngəl yaradan belə narahatedici məqamları daha çox təhlil edərək nəticələr çıxarsaq, uğurlarımız artar, inkişaf haqqında hesabatlarımız da gələcəkdə daha obyektiv, sanballı alınar”.

 

 

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 400

QHT və MEDİA

2018-10-17 19:25:17

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatında növbəti...
YAP Pirallahı rayon təşkilatında növbəti...

17 oktyabr 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təş...

2018-10-16 12:00:51

QHT və MEDİA
Agentliyin nizamnamə və strukturu təsdiq...
Agentliyin nizamnamə və strukturu təsdiq...

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, Əqli Mül...

CƏMİYYƏT

2018-10-16 09:55:59

CƏMİYYƏT
30 illik Azərbaycan Respublikası Müharib...
30 illik Azərbaycan Respublikası Müharib...

Öncə, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun İdar...

2018-10-12 22:25:37

CƏMİYYƏT
Azərbaycanlıların Ermənistandakı ata-bab...
Azərbaycanlıların Ermənistandakı ata-bab...

Trend-in məlumatına görə, Q.Paşayeva bildirib ki, Azərbaycanın qədim bölgəsi ...

İQTİSADİ

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...

2018-10-15 09:15:37

İQTİSADİ
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...

Bunu Trend-ə Qumilyov adına Avrasiya Milli Universitetinin regionşünaslıq kaf...