2015-05-27 09:45:07 | SİYASƏT
“Şərqdə ilk demokratik dövlət”

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (BPKİYİ) 28 May - Respublika Gününə həsr olunan “Şərqdə ilk demokratik dövlət” mövzusunda tədbir keçirilib.

Tədbirdə bu təhsil müəssisəsinin rektoru, professor Asəf Zamanov Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müsəlman Şərqində ilk parlament respublikası olduğunu söyləyib.

Qeyd edilib ki, ilk qərarı ilə milliyyəti, dini, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına bərabər hüquqlar verən AXC-nin yaranması çox mürəkkəb şəraitdə elan olunub. Cəmi 23 ay yaşamasına baxmayaraq AXC tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir. Cümhuriyyətin öz dövlətçilik atributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımız üçün taleyüklü əhəmiyyət daşıyır. Cümhuriyyətin böyük uğurlarından biri 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycanın müstəqil dövlət kimi tanınması olub.

A.Zamanov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti tarixin kəşməkəşli yollarında süquta uğrasa da, dövlətimiz 1991-ci ildə müstəqilliyini yenidən bərpa edib. Bu gün Azərbaycan dövləti dünyanın aparıcı ölkələri sırasında özünəməxsus yer tutur.

Ulu öndər Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!” sözlərini xatırladan rektor bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.

Diqqətə çatdırılıb ki, Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi və bu təşkilatda uğurlu fəaliyyəti, 2013-cü ildə kosmik ölkələr qrupuna daxil olması, 2014-cü ildə Dünya İqtisadi Forumunun hesabatında göstərildiyi kimi iqtisadi rəqabətlilik qabiliyyətinə görə dünyanın 146 ölkəsi sırasında 38-ci yerdə olması, yaxın vaxtlarda ilk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi bu böyük nailiyyətlərin məntiqi nəticəsidir.

Sonra BPKİYİ-nin baş müəllimi, tarixçi alim Aydın Aslanovun “Azərbaycan Xalq Cümhuriyyəti – Şərqdə ilk demokratik dövlət” mövzusunda məruzəsi dinlənilib.

 

 

Baxış sayı : 1919
Milli QHT Forumunun rəhbərliyi döyüş bölgəsinə səfər edib 2020-10-01 09:20:13 Ermənistan siyasi-hərbi rəhbərliyinin yalanları “Hədəf”də müzakirəyə çıxarılıb 2020-10-01 08:20:22 DTX ermənilərin fəallığı ilə bağlı vətəndaşlara müraciət etdi 2020-10-01 07:40:43 Düşmənin məhv edilən döyüş texnikasının siyahısı 2020-10-01 07:20:21 Ermənistanın terrorçu qüvvələrdən Azərbaycana qarşı istifadəsinə reaksiya verilməlidir 2020-10-01 07:15:01 "Ermənistan dünyanın gözü qarşısında mülki şəxsləri hədəf alır" 2020-09-30 13:00:29 BMT Təhlükəsizlik Şurasında qapalı məsləhətləşmələrin keçirilməsini təqdir edirik - Prezidentin köməkçisi 2020-09-30 12:35:55 Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib 2020-09-30 08:55:11 BMT Təhlükəsizlik Şurası iclas keçirib 2020-09-30 08:40:30 Polad Bülbüloğlu Rusiya XİN-ə çağırıldı 2020-09-30 06:55:59 Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırıb 2020-09-29 22:45:51 Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq müdafiə hüququnu reallaşdırılır 2020-09-29 18:30:11 Prezident İlham Əliyev dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxış edib 2020-09-29 18:20:24 İşğal edilmiş ərazilərimizdəki mədəniyyət obyektlərinin sayı açıqlanıb 2020-09-29 09:55:19 ABŞ mediası erməni vəhşiliyindən yazdı 2020-09-29 09:25:59 “Mədəniyyət naminə elm” 2020-09-29 09:25:55 Rusiyalı politoloq: Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycan cəmiyyətində yüksək dəstəklənir 2020-09-29 08:10:22 Prezident İlham Əliyevlə BMT-nin Baş katibi arasında videokonfrans formatında görüş oldu 2020-09-29 07:25:56 İƏT Ermənistanın Azərbaycana qarşı təxribatını və hücumlarını qınayır 2020-09-28 19:25:14 “Ermənistan adlı suveren dövlət mövcud deyil” 2020-09-28 16:05:34 Beynəlxalq təşkilatlar məlumatlandırılıb 2020-09-28 11:50:08 Ermənilər Azərbaycanın 26 mülki vətəndaşını yaralayıb - Baş Prokurorluq 2020-09-28 10:20:13 TRT HABER Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumları ilə bağlı xüsusi proqram yayımlayıb 2020-09-28 08:50:46 Azərbaycanda hərbi vəziyyət qüvvəyə minib 2020-09-28 07:05:42