QHT və MEDİA
A- A A+

Ermənistanın işğalçılıq siyasətinın yaratdığı problemlər və regional təhlükəsizliyə təsiri

2017-06-22 20:25:51

Layihə

Fact-info.az xəbər verir ki, yunun 22-də Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının  təşkilatçılığı  ilə “Ermənistanın işğalçılıq siyasətinın yaratdığı problemlər və regional təhlükəsizliyə təsiri” layihəsi çərçivəsində “Ermənistanın işğalçılıq siyasəti: Regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda ictimai forum keçirib. Forumda Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, xarici ölkələrin səfirləri, media, Millət vəkilləri, Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, QHT və KİV rəhbərləri, ziyalılar, tanınmış ekspertlər iştirak edib.

Forumu giriş sözü ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, politoloq Rufiz Qonaqovaçıb. Tədbir iştirakçılarını  salamlayan Rufiz Qonaqov bildirib ki, Ermənistanın işğalçılıq siyasətinın yaratdığı problemlər və regional təhlükəsizliyə təsiri illərdir davam edir: “Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq, dinc qonşuluq prinsipinə hörmət etməsinə rəğmən Ermənistandakı cinayətkar rejim  təcavüzkar siyasətindən, işğal planından əl çəkmir. Ermənistanın bu siyasəti illərdir davam edir və nəinki Azərbaycan üçün, eləcə də bütün region üçün ciddi təhlükəyə çevrilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə Ermənistana, onun rəhbərlərinə xəbərdarlıq edib ki, Azərbaycan bu işğalla barışmayacaq və torpaqlarımız azad ediləcək. Artıq Ermənistan dərk etməlidir ki, bu çağırışa əməl etməklə öz təhlükəsizliyini təmin etmiş olacaq. Əks təqdirdə Azərbaycan öz torpaqlarını azad etmək hüququna malikdir və bu yaxın zamanlarda baş verəcək.

Azərbaycan Respublikasının Prezident Administrasiyasının məsul əməkdaşı, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev giriş nitqi edib. O, bildirib ki, Ermənistanın təcavüzkar siyasəti sülhə və əmin-amanlığa hər zaman təhlükə olub və bu təhlükə indi də davam edir. Lakin Azərbaycan dövlətinin qüdrəti, cənab Prezidentin apardığı siyasət bunu deməyə əsas verir ki, işğal olunmuş torpaqlarımız tezliklə azad ediləcək: “Bunu Ermənistanda yaxşı bilirlər ki, Azərbaycan Prezidenti, Azərbaycan xalqı, Azərbaycan Ordusu heç zaman bu işğalla barışmayacaq və bir qarış torpağımız belə düşəmən işğalında qalmayacaq”.

Daha sonra Forumda ayrı-ayrı mövzular üzrə məruzələr dinlənilib.

Milli Məclisin deputatı, professor Elman Nəsirov “Ermənistan-Azəbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi yeni mərhələdə”, Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev  “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsinin həlli  prosesi”, 
Qarabağ Araşdırmalar Mərkəzinin sədri, professor Elçin Əhmədov “Ermənistanın Azərbaycana qarşı ərazi iddialları və hərbi təcavüzünün nəticələri”, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Hikmət Məmmədov “Ermənistanın işğalçılıq siyasəti, Cənubi Qafqazda  təhlükəsizliyi təhdidi edən əsas faktor kimi” Daha sonar “Cumhuriyyət” qəzetinin baş redaktoru Rəfail Becanov “Ermənistanın isğalçılıq siyasətinin ifşasında  media və sosial şəbəkələrin fəalliyəti”, Azərbaycan Respublikası Milli Məclis jurnalının baş redaktoru Ülviyyə Abdullayeva  “Qafqazın başı üzərində nüvə kabusu: “Metsamor” Atom Elektrik Stansiyası” Filologiya elmlər doktoru Rövşən Məmmədov “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ   münaqişəsi fonunda transmilli informasiya  siyasəti” , “Gündəlik Teleqraf” Holdingin rəhbəri  Aynur Camalqızı “Ermənistanın işğalçılıq siyasəti: İnformasiya təhlükəsizliyinin təmin olunmasında medianın rolu” İqtisad elmlər doktoru, professor Fikrət Yusifov  “Ermənistanın isğalçılıq siyasəti və humanitar fəlakət”, mövzusunda məruzə ilə çıxış ediblər.

Məruzələr bitdikdən sonra Forumda ayrı-ayrı Panellər üzrə müzakirələr davam etdirilib.Müzakirələrdə Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi xüsusi vurğulanıb. Bildirilib ki, dünya ölkələri Ermənistanı təcavüzkar dövlət kimi tanıyır və işğalçıdan bu  məkrli siyasətindən əl çəkmək tələb olunur. İllər öncə açıq şəkildə deyilməyən işğal faktı indi birbaşa deyilir. Ona görə də bu proses yeni bir mərhələyə qədəm qyub. Ölkəmiz diplomatik sahədə də Ermənistandan da üstün mövqeyə malikdir. Ermənistan bilməlidir ki, sərhədlərin dəyişdirilməməsi prinsipi, ali prinsipdir və işğalçı bütün mümkün vasitələrlə Azərbaycan torpaqlarından qovulacaq.

Vurğulanıb ki, Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycan üçün deyil, həm də regionumuz üçün də təhlükə olaraq qalır. Cənubi Qavqaz regionu böyük iqtisadi layihələrin əhatə etdiyi regiondur. Lakin Ermənistanın hərbi təcavüzü bu layihələrə də təhlükə yaradır. Ermənistan faktiki olaraq regionda sülhü pozan, xalqlar arasında qarşıdurma yaradan bir subyektə çevrilib.

BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu qurumlar, aparıcı dövlətlər də daxil olmaqla bir çox ölkələr Ermənistanın işğalçılıq siyasətini pisləyən və Azərbaycanın torpaqlarını azad etməyi tələb edən qərar və qətnamələr qəbul edib.  

    Müzakirələrdə “ Metsamor” Atom Elektrik Stansiyasının region üçün böyük bir təhlükə mənbəyi olduğu, bu stansiyanın bağlanması üçün aparılan kampaniya.  Ermənistanın regionda humanitar fəlakətə aparan addımları, informasiya müharibəsi sahəsində görülən işlər ətrafında çıxışlar edilib.

  Daha sonra məruzələr ətrafında çıxışlar və ayrı-ayrı  panellərdə müzakirələr keçirilib. Müzakirələr də Millət Vəkilləri Sahib Alıyev, Flora Qasımova, Qənirə Paşayeva, QAT sədri Akif Nağı, Xalq Cəbhəsi qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, politoloq Mübariz Əhmədoğlu, xarici ölkələrin səfirləri, professor Qüdrət İsakov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və digər ekspertlər, Forum iştirakçıları təkliflərlə çıxış ediblər.

 

 

  • @continue

Kateqoriya : QHT və MEDİA Baxış sayı : 732

QHT və MEDİA

2019-10-19 09:30:07

QHT və MEDİA
“The American Interest” nəşri Azərbaycan...
“The American Interest” nəşri Azərbaycan...

Kornell yazır ki, mühüm geosiyasi mövqeyi olan Azərbaycan Birləşmiş Ştatlar ü...

2019-10-18 10:50:38

QHT və MEDİA
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli...

CƏMİYYƏT

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

İQTİSADİ

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...