İQTİSADİ
A- A A+

Uğurlu tədqiqat işləri

2015-05-27 09:50:09

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası son iki ildə Abşeronda uğurlu arxeoloji tədqiqat işləri aparıb.

2013-cü ildə Türkan yaşayış yerində arxeoloji qazıntı işləri aparılıb. Bu abidədə 2009-cu ildən tədqiqat işlərinə başlanıb. Qazıntı sahəsi 600 kvadratmetrlik sahəni əhatə edib. Ətrafda yerləşən arxeoloji abidələri nəzərə alaraq kəşfiyyat xarakterli işlər də aparılıb.

Qazıntı sahəsinin üst təbəqəsinin tərkibi kiçik və iri ölçülü qaya daşlardan ibarətdir. Əsasən tikinti qalıqları ilə təmsil olunan yaşayış yerinin şərq hissəsi iri daşlarla əhatə olunub. Burada dairəvi otaq qalıqları aşkarlanıb. Arxeoloji qazıntı işləri nəticəsində otaqlar və onların ətraf sahələri torpaq qatından təmizlənib. Otağın daxili hissəsindən iribuynuzlu heyvan sümüklərinin qalıqları aşkar olunub.

Qazıntı sahəsinin mərkəz hissəsində dağıntıya məruz qalan digər dairəvi tikili torpaqdan təmizlənib. Şaquli vəziyyətdə düzülmüş dairəvi tikilinin mərkəzində ocaq izləri, kül qatı aşkarlanıb. Bir tikili ölçüləri ilə fərqlidir, onun daxilində saxsı qırıqları, sümük qalıqları və çaxmaq daşından hazırlanan alətlər tapılıb. Bu dairəvi otağın daxilindən və xaricindən bir neçə sayda iri və xırdabuynuzlu heyvan sümükləri də aşkarlanıb.

Yaşayış yerində aşkarlanan saxsı materiallar əsasən fraqmentlərlə təmsil olunur. Saxsı nümunələri kobud tərkibli, açıq-qırmızı, qırmızı və qara rəngli olub gilin tərkibində xırda daş və qum qarışığı müşahidə edilir.

Ötən il Türkan yaşayış yerində aparılan arxeoloji işlər nəticəsində müəyyənləşdirilib ki, bu abidə Abşeronun şərqində sahəsinə görə ən böyük yaşayış tipli abidədir. Bundan əlavə, bu abidə Abşeronda ilk tunc dövrünü təsdiqləyən, ilk tədqiq olunan yaşayış yeridir.

Kəşfiyyat işləri Dübəndi mağarasında aparılıb. Bu mağara yarımadanın şərq sahilində Abşeron mayakından iki kilometr şimal istiqamətində yerləşir. Mağaranın daxilində aparılan qazıntılar nəticəsində qaya üzərində insan və heyvan təsvirləri aşkarlanıb. Təsvir olunan rəsmlər cızma və döymə üsulu ilə işlənib. Buradakı süjetlərdə öküz təsviri əsas yer tutur, insan təsvirləri sxematik qaydada verilib. Ötən ildəki arxeoloji qazıntılar nəticəsində burada yeni öküz və keçi təsvirləri aşkar edilib. Abidənin eramızdan əvvəl III minilliyə aid olduğu bildirilir.

 

 


Kateqoriya : İQTİSADİ Baxış sayı : 1523

QHT və MEDİA

2019-09-17 08:50:20

QHT və MEDİA
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...

Yüz bir il əvvəl Osmanlı dövlətinin özü çətin vəziyyətdə olmasına baxmayaraq,...

2019-09-16 20:20:33

QHT və MEDİA
Astara El Məzarlığında Şəhidlərin Xatirə...
Astara El Məzarlığında Şəhidlərin Xatirə...

10-14 sentiybr 2019-cu il tarixində, Azərbaycan Respublikası “Beynəlmiləlçi Ə...

CƏMİYYƏT

2019-09-17 08:20:20

CƏMİYYƏT
Türkiyənin Təkaltı dağının zirvəsində Az...
Türkiyənin Təkaltı dağının zirvəsində Az...

Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...

2019-09-10 10:05:40

İQTİSADİ
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...

"Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq biz hamımız bu dövlətin əsgər...