SOSİAL
A- A A+

Şurada “Səhiyyə, sağlamlıq və ekologiya" qrupuna aid QHT-lərlə görüş keçirilib

2017-06-17 10:45:29

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında əsasən səhiyyə, sağlamlıq və ekologiya sahəsi üzrə fəaliyyət göstərən QHT-lərlə görüş keçirilib

Fact-info.az-ın məlumatına görə, görüş Şuraya “səhiyyə, sağlamlıq və ekologiya" qrupundan üzv seçilən Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilovun təşəbbüsü ilə təşkil olunub.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2017-ci il birinci və ikinci qrant müsabiqələrinin qalibləri olan QHT-lərin üzərinə düşən öhdəliklər haqqında danışaraq layihələrin icra prosesində əsas hədəfin qarşıya qoyulan problemin səmərəli həlli və ölçüləbilən nəticənin əldə edilməsi olduğunu deyib. İcraçı direktor həyata keçirilən layihələrin nəticəsi haqqında ictimaiyyətin daha geniş şəkildə məlumatlandırılması üçün QHT-lərin media ilə yaxından əməkdaşlıq etməsinin vacibliyinin qeyd edib. Layihələrin, həmçinin maliyyə və təsviri hesabatların elektron qaydada qəbulunun həyata keçirilməsi ilə bağlı görülən işlər haqqında da məlumat verən Fərasət Qurbanov göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün bundan sonra da fəaliyyətin davam etdiriləcəyini bildirib.

Şura üzvü Anar Xəlilov görüşün Şuranın dəstəyi ilə layihə icra edən QHT-lərin qarşılaşdıqları məsələlərlə bağlı müzakirələr aparmaq məqsədi ilə keçirildiyini deyib. Anar Xəlilov Şuranın bütün müsabiqələrdə səhiyyə, sağlamlıq və ekologiya məsələləri istiqaməti üzrə cəmiyyətimiz üçün aktuallıq kəsb edən layihələri dəstəklədiyini vurğulayıb.

Toplantıda iştirak edən Ekoloji Tarazlığın Qorunması İctimi Birliyi, “Rüzgar” Ekoloji İctimai Birliyi, Gənclik və Maarifçilik İctimai Birliyi, Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyi, Azərbaycan Respublikası Qadınlar Cəmiyyəti, “Etimad” Uşaq və gənclərə psixoloji dayaq İctimai Birliyi, Gender Bərabərliyi İctimai Birliyi və digər QHT-lərin təmsilçiləri layihələrin icrası zamanı və hesabat dövründə Şura Katibliyinin əməkdaşlarının onlara yaxından köməklik göstərdiyini bildiriblər. QHT nümayəndələri həmçinin mövzu ilə bağlı rəy və təkliflərini səsləndiriblər.

 


Kateqoriya : SOSİAL Baxış sayı : 260

QHT və MEDİA

2018-02-16 09:50:08

QHT və MEDİA
Praqada Xocalı qurbanlarının xatirəsinə ...
Praqada Xocalı qurbanlarının xatirəsinə ...

Fevralın 15-də Çexiyanın paytaxtı Praqa şəhərində Xocalı qurbanlarının xatirə...

2018-02-16 08:00:06

QHT və MEDİA
Azay Quliyev: ATƏT PA-nın sessiyasında m...
Azay Quliyev: ATƏT PA-nın sessiyasında m...

ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında mühüm məsələlər müzakir...

CƏMİYYƏT

2018-02-15 10:30:05

CƏMİYYƏT
İsrail qondarma erməni soyqırımını tanım...
İsrail qondarma erməni soyqırımını tanım...

AzVision.az-ın "Jerusalem post" nəşrinə istinadən verdiyi məlumata görə, parl...

2018-02-13 09:25:38

CƏMİYYƏT
Yaqub Mahmudov: 1918-ci ilə qədər Cənubi...
Yaqub Mahmudov: 1918-ci ilə qədər Cənubi...

Bu fikirləri Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik...

İQTİSADİ

2018-02-16 10:20:34

İQTİSADİ
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...

"APA-Economics" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Enerji Ehtiya...

2018-02-16 08:15:30

İQTİSADİ
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...

"APA-Economics" xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji Birliyi üzr...