MÜSAHİBƏ
A- A A+

ABŞ mediasında Azərbaycanın strateji əhəmiyyəti müzakirə olunub

2017-06-16 08:10:32

ABŞ-da geniş auditoriyaya malik olan Con Batçelor Şou radio verilişi canlı yayımda Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovdan müsahibə alıb

Müsahibədən əvvəl aparıcı bu yaxınlarda ölkəmizdə səfərdə olduğunu xatırladaraq, səfər barədə xoş təəssüratlarını bölüşüb, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşən Azərbaycanın regionun digər ölkələrinə çıxış üçün əlverişli coğrafi mövqeyə malik olduğunu diqqətə çatdırıb. Bununla yanaşı, aparıcı ölkənin inkişafında və əldə etdiyi uğurlarda qadınların rolunun göstəricisi kimi Azərbaycanın Avrasiya ölkələri sırasında liderliyinin şahidi olduğunu və Amerika cəmiyyətinin belə məlumatları eşitmək istəyində olduğunu vurğulayıb.

Müsahibə zamanı səfir E.Süleymanov ABŞ Konqresinin üzvü Stiv Skaliz və Konqresin digər işçilərinə qarşı törədilmiş silahlı hücum xəbəri ilə bağlı kədərini bölüşüb və xəsarət alanlara tezliklə sağalmalarını arzu edib. Daha sonra o, Azərbaycanda qadınların cəmiyyətdəki rolundan danışaraq, ilk dəfə olaraq müsəlman Şərqində və bir çox Qərb ölkələrdən əvvəl qadınlara seçkilərdə iştirak etmək və seçilmək hüququnun məhz Azərbaycanda verilməsinin tarixi nailiyyət hesab olunduğunu diqqətə çatdırıb. Səfir Azərbaycanda qadınların ictimai-siyasi fəallığının ildən-ilə daha da artdığını, dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisinin yüksəldiyini, eləcə də onların ölkəmizdə elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin inkişafında müstəsna rol oynadıqlarını qeyd edib. E.Süleymanov 2015-ci ildə Birinci Avropa Oyunları və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsinin məhz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşkilatçılığı ilə mümkün olduğunu vurğulayıb. Bu xüsusda, o, həmçinin həmin gün ABŞ-ın Ticarət Nazirliyi və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Konqresdə “Azərbaycanda və Gürcüstanda qadınların cəmiyyətdə və iqtisadi inkişafda rolu” mövzusunda keçirilmiş tədbirə toxunaraq, bunun hər iki ölkədə qadınların cəmiyyətdəki rolu barədə ABŞ ictimaiyyətinin məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıdığını söyləyib.

Səfir aparıcının Azərbaycanın nəqliyyat-tranzit imkanları barədə suallarına cavab verərək, ölkəmizin qədim İpək Yolunun mühüm hissəsi olmaqla, Şərq-Qərb və Şimal-Cənub yollarının kəsişməsində yerləşdiyini qeyd edib. O, enerji layihələri ilə yanaşı, Çindən Avropaya, eləcə də Hindistandan Şimali Avropaya daşınan yüklərin ölkəmizin yerləşdiyi regiondan keçən nəqliyyat dəhlizlərinə cəlb olunması istiqamətində görülən işlərdən danışaraq, bu yolla daşımaların ənənəvi dəniz yollarından fərqli olaraq həm vaxt, həm də məsafə baxımından daha qısa olduğunu bildirib. O, eyni zamanda, Azərbaycan tərəfindən regionun nəqliyyat-tranzit imkanlarının artırılması məqsədilə bu sahəyə böyük həcmdə sərmayələrin yatırıldığını, o cümlədən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Avropa ilə Asiya dəmir yolu şəbəkəsini birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin həyata keçirildiyini və beləliklə, ölkəmizin həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətində yüklərin qəbul edilərək ötürülməsinə hazır olduğunu vurğulayıb. Bununla yanaşı, səfir Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən Sərəncamın imzalandığını diqqətə çatdırıb.

Müsahibənin tam versiyasını https://audioboom.com/posts/6018245-azerbaijan-is-the-railroad-crossroads-of-eurasia-elin-suleymanov-elinsuleymanov-azembassy-us internet səhifəsindən əldə etmək olar.

Qeyd edək ki, Con Batçelor Şou gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr edilir. ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil olan müxtəlif ştat və şəhərlərdə geniş çeşidli radio kanalları tərəfindən həm canlı, həm də audio yazısı yayımlanır. Hər gün yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.(Azərtac)

 

 


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 305

QHT və MEDİA

2018-05-25 09:25:44

QHT və MEDİA
Heydər Əliyev Fondunun təşkilatçılığı il...
Heydər Əliyev Fondunun təşkilatçılığı il...

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr ed...

2018-05-23 19:40:58

QHT və MEDİA
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 1918-ci ildə Az...

CƏMİYYƏT

2018-05-24 09:40:56

CƏMİYYƏT
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...

Azadinform-un "Anadolu" agentlyinə istinadən məlumatına görə, TBMM sədri F. M...

2018-05-22 09:25:48

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbayc...

İQTİSADİ

2018-05-23 06:35:13

İQTİSADİ
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, səna...

2018-05-17 08:45:07

İQTİSADİ
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəm...