QHT və MEDİA
A- A A+

QHT maarifləndirici tədbirlərini regionlarda davam etdirib

2017-06-15 09:25:29

Layihə

''Demokratik Cəmiyyət Və Qadın Hüquqlarının Müdafiəsi''İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində  bir sıra önəmli tədbirlər keçirib.

Birlikdən Fact-info.az-a verilən məlumata görə, 19 aprel 2017-ci il tarixindən start  götürən Incəsənət kollecində “İnternet üzərindən həyata keçirilən insan alverinə SON!” layihəsi uğurla davam edib. Birliyin sədri Mehriban Abdullayeva deyib ki, layihənin məqsədi İnsan Alveri ilə bağlı 2014-2018-ci illəri əhatə edən Milli Fəaliyyət Proqramına ictimai dəstək göstərmək, region gənclərinin internet üzərindən insan alveri qurbanına çevrilməsinin qarşısını almaqdır. Onun sözlərinə görə, 3 ay həyata keçiriləcək layihə çərçivəsində Bakı ilə yanaşı Hacıqabul və Şirvan gəncləri ilə fərdi söhbətlər aparılacaq. Dəyirmi masa təşkil olunacaq: “İnsan alveri dünyada ən çox müzakirə olunan məsələdir.
Bu məsələnin beynəlxalq təşkilatlar tərəfindən daim diqqət mərkəzində saxlanılır, bu mövzu ilə bağlı layihələr, konfranslar, tədbirlər həyata keçirilir, qanun və tövsiyələr hazırlanır. Qlobal problemlə bağlı Azərbaycanda həyata keçiirlən davamlı və təxirəsalınmaz işlərin nəticəsində Azərbaycan insan alveri ilə bağlı hazırlanan beynəlxalq hesabatlarda irəliləyir. Əgər 2008-2009-cu illər üzrə ABŞ Dövlət Deportamentinin insan alveri ilə bağlı hazırladığı hesabatlara nəzər salsaq görərik ki, bu dövr ərzində Azərbaycanda insan alveri sahəsində bir sıra çətinliklərlə qarşı-qarşıya qalıb. Ölkəmizdə insan alveri ilə bağlı həyata keçirilən Milli Fəaliyyət Proqramları sayəsində mövcud problemlərin həlli isə insan alverinin minimum səviyyəyə qədər düşməsinə gətirib çıxarıb. 2014-2018-ci illəri əhatə edən son Milli Fəaliyyət Proqramının başa çatmasına 1 ildən artıq vaxt qalmasına baxmayaraq Proqramda nəzərdə tutulan tədbirlər uğurla davam etdirilir. İnsan alveri qurbanlarının sosial reabiltasiyası, onların cəmiyyətə adaptasiya olunması, məşğulluq və bu kimi problemləri ilə bağlı həm dövlət həm də Qeyri Hökumət Təşkilatlarının birgə əməyi sayəsində ölkəmizin insan alveri ilə bağlı göstəriciləri xeyli yaxşılaşıb.

QHT daha sonra  növbəti tədbirlərini davam etdirib. 23 may 2017-il tarixində Şirvan şəhərində, Şirvan Dövlət İqtisad və Humanitar kollecində toplantı  kecirildi. ''Demokratik Cəmiyyət Və Qadın Hüquqlarının Müdafiəsi''İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnternet üzərindən həyata keçirilən insan alverinə SON!” layihəsi çərçivəsində  tədbirdə çıxış edən birliyin sədri Mehriban Abdullayeva deyib ki, layihənin məqsədi İnsan Alveri ilə bağlı 2014-2018-ci illəri əhatə edən Milli Fəaliyyət Proqramına ictimai dəstək göstərmək, region gənclərinin internet üzərindən insan alveri qurbanına çevrilməsinin qarşısını almaqdır.
Layihə çərçivəsində Hacıqabul və Şirvan rayonlarında gənclərə internet üzərindən həyata keçirilən insan alveri ilə bağlı ətraflı məlumatlar vriləcək.
Onlara xaricdə işləmək, və ya internet üzərindən gələn hər hansı təklifin dolğun araşdırılması istiqamətində maarifləndirici tədbirlər təşkil olunacaq. Layihənin əhatə dairəsini genişləndirmək üçün KİV-lərdə geniş maarifləndirmə işləri həyata keçiriləcək”. M.Abdullayeva onu da bildirib ki, layihə çərçivəsində Hacıqabul və Şirvanda olan kollec və texnikomlarda müsabiqə təşkil olunacaq və qaliblər mükafatlandırılacaq. Bununla yanaşı *Facebbok sosial şəbəkəsində “İNSAN ALVERİNƏ YOX DEYƏK” adlı səhifə yaradılacaq: “Bu səhifədə Azərbaycan Respublikasında insan alveri ilə bağlı həyata keçirilən işlər, o cümlədən vətəndaş cəmiyyətinin gördüyü işlərlə bağlı ətraflı məlumatlar veriləcək, səhifə üzvlərinin insan alveri ilə bağlı sualları cavablandırılacaq”. Tədbirdə Şirvan şəhər icra hakimiyyətinin nümayəndəsi Adem Hüseynov,QHT sedri Əli Mirzəyev çıxış etdilər.Kollecin müəllim və tələbələri, ziyalilar çıxışlarında təşəkkürlərini bildirdirərək layihənin davamli olmasını arzu etdilər.

Fact-info.az

 

 

 

 

 

 

  • @continue

Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1157

QHT və MEDİA

2020-03-29 18:55:57

QHT və MEDİA
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...

Erməni millətçi dairələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı ...

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

CƏMİYYƏT

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...