CƏMİYYƏT
A- A A+

XX əsrin əvvəllərində Türkiyədə yaşamış görkəmli şəxsiyyətlərin irsinin tədqiqi məsələsi müzakirə edilib

2017-06-14 08:55:07

.

Azərbaycan-türk ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, tanınmış yazıçı-publisist, maarifçi Əli bəy Hüseynzadənin şəxsi əşyaları və sənət əsərlərindən ibarət sərginin keçirilməsi ilə əlaqədar Bakıya gəlmiş İstanbul Universitetinin professoru, tarixi-etnoqrafik araşdırmaların müəllifi İbrahim Yıldırım iyunun 13-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan AZƏRTAC-a bildirilib ki, Fondun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun məqsəd və fəaliyyət istiqamətlərindən söz açıb, türkdilli xalqların tarixi-mədəni irsinin mühafizəsi və təbliğinin vacib əhəmiyyət kəsb etdiyini bildirib.

İ.Yıldırım türk dünyasına xas zəngin irsin qorunması və araşdırılması sahəsində Fond ilə əməkdaşlıq niyyətini ifadə edib, eləcə də Azərbaycan və Türkiyə arasında qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə gələcəkdə bütövlükdə türk dünyası ilə bağlı layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb, o cümlədən XX əsrin əvvəllərində Türkiyədə yaşamış görkəmli şəxsiyyətlərin irsinin daha dərindən tədqiqi məqsədilə birgə tədbirlərin keçirilməsi müzakirə edilib.

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 436

QHT və MEDİA

2019-01-15 11:05:39

QHT və MEDİA
Vüsal Qasımlı: "Struktur islahatları ida...
Vüsal Qasımlı: "Struktur islahatları ida...

Bunu Trend-ə Prezident İlham Əliyev tərəfindən aparılan struktur islahatların...

2019-01-12 18:15:19

QHT və MEDİA
Azay Quliyev beynəlxalq təşkilatlara və ...
Azay Quliyev beynəlxalq təşkilatlara və ...

Fact-info.az xəbər verir ki, bunu ATƏT PA-nın vitse-prezidenti, millət vəkili...

CƏMİYYƏT

2019-01-16 09:30:10

CƏMİYYƏT
İsveçrə mediası 20 Yanvar hadisələrindən...
İsveçrə mediası 20 Yanvar hadisələrindən...

“Milli azadlıqla xalq matəmi arasında” sərlövhəli məqalədə 20 Yanvar faciəsin...

2019-01-14 08:30:18

CƏMİYYƏT
Akademik: 2019-cu ilin "Nəsimi ili" elan...
Akademik: 2019-cu ilin "Nəsimi ili" elan...

Bunu Trend-ə Milli Məclisin deputatı, AMEA akademik Ziya Bünyadov adına Şərqş...

İQTİSADİ

2019-01-14 20:25:40

İQTİSADİ
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...

Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə...

2019-01-13 13:40:27

İQTİSADİ
Neft tariximizə böyük ehtiram hissilə...
Neft tariximizə böyük ehtiram hissilə...

Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı XIX əsrin ortalarından başlanmı...