CƏMİYYƏT
A- A A+

Şura təsviri hesabatların elektron qəbulu proqramının təqdimat mərasimini keçirib

2017-06-09 20:10:10

.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lər üçün təsviri hesabatların elektron qəbulu proqramının təqdimat mərasimini keçirib.

Tədbirdə Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Katibliyin əməkdaşları, QHT və media nümayəndələri iştirak ediblər.

Katibliyin icraçı direktoru Fərasət Qurbanov təsviri hesabatların elektron qəbulu proqramının yaradılmasının şəffaflığın, həmçinin hesabatların təqdim edilməsinin asanlaşdırılması və bu sahədə xidmətin keyfiyyətinin artırılması məqsədi daşıdığını diqqətə çatdırıb. İcraçı direktor qeyd edib ki, maliyyə hesabatları 2013-cü ildən elektron qaydada qəbul edilir. Bu ildən etibarən isə təsviri hesabatların da elektron qaydada qəbulu prosesinə başlanıb. QHT-lərin bütün hesabatları onların fərdi elektron kabinetlərində yerləşdiriləcək.

Toplantıda çıxış edən Şura üzvü, Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, deputat Şahin İsmayılov təmsil etdiyi qurumun öz fəaliyyətində daim şəffaflığın təmin olunmasına xüsusi diqqət ayırdığını deyib. Şura üzvü elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində Katibliyin həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirdiyini bildirib.

 Şahin İsmayılov  Şuranın www.e-qht.az  saytının “e-ərizə” və “e-hesabat” bölmələrinin proqram təminatının yeniləşdirilməsinin də bu baxımından atılan mühüm addım olduğunu vurğulayıb. Şura üzvü QHT-lərin qrant müsabiqələrinə təqdim etdikləri layihələrin  aktuallıq və səmərəlilik cəhətdən mövcud olan problemləri haqqında danışaraq təşkilatların innovativ təşəbbüslərlə çıxış etməsinin vacibliyini qeyd edib. Ş. İsmayılov QHT-lərin müqavilə öhdəliklərinin icrası zamanı yol verdikləri qüsurların donor-resepient münasibətlərində doğuracağı nəticələrlə də bağlı fikirlərini bildirib.

 Katibliyin məsləhətçisi Toğrul Turabov adıçəkilən proqramın “Təsviri Hesabat”, “Faylların yüklənməsi” və “Yazışmalar” bölmələri haqqında ətraflı məlumat verib. Tədbirdə proqramdan istifadə qaydalarının izahından bəhs edən təqdimat nümayiş etdirilib və QHT nümayəndələrinin sualları cavablandırılıb.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 906

QHT və MEDİA

2020-05-29 09:20:54

QHT və MEDİA
Azərbaycanın Britaniyadakı səfiri Avropa...
Azərbaycanın Britaniyadakı səfiri Avropa...

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə Dağlıq Qarabağın...

2020-05-28 09:55:15

QHT və MEDİA
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...

AİHM-in iş üzrə qərarı Ermənistanın anti-Azərbaycan "təbliğat maşını"nın nö...

CƏMİYYƏT

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

2020-05-18 15:15:58

CƏMİYYƏT
QHT ictimai nəzarəti necə təmin edə bil...
QHT ictimai nəzarəti necə təmin edə bil...

Bu gün vətəndaş cəmiyyətinin fəaliyyəti bizi qane edirmi sualına birmənalı ca...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...