SİYASƏT
A- A A+

Varşavada 28 may Respublika Günü münasibətilə tədbir keçirilib

2015-05-26 09:30:22

Tədbirdə ümumilikdə 400 nəfər iştirak edib

Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Varşava şəhərində yerləşən Kral Sarayında 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib.

Bununla əlaqədar Kral Sarayının Balova zalında Azərbaycan Muğamı adlı konsert olub. Azərbaycandan dəvət olunmuş muğam ifaçıları Ehtiram Hüseynov, Aytən Məhərrəmova musiqiçilər tar – Rövşən Qurbanov, kamança - Xəyyam Məmmədov, qanun – Gülşən Ağayeva, balaban - Nuran Bəkirov, nağara - Kamran Kərimovun ifasında muğam xəzinəmizin nümunələri qonaqlara təqdim edilib. Xanəndələrin ifasında səsləndirilən Bayatı Şiraz, Sarı Gəlin və Qarabağ Şikəstəsi qonaqlar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Kral Sarayının əməkdaşı musiqişünas Aleksandra Buşta-Bonk çıxış edərək Azərbaycan muğamının qədim tarixi və fəlsəfəsi ilə bağlı qonaqlara məlumat verib. Xanım Aleksandra Buşta-Bonk muğamın ifasında istifadə olan musiqi alətlərinin təkrar olunmaz səsə malik olmasını qeyd edib və min illik tarixə malik olan musiqi incisinin Kral Sarayında səsləndirilməsinin tarixi hadisə olduğunu diqqətə çatdırıb.

Tədbirdə hökumət nümayəndələri, XİN-in yüksək səviyyəli əməkdaşları, Polşada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ölkənin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri, iş adamları, jurnalistlər, ümumilikdə 400 nəfər iştirak edib. Sonda Kral Sarayında Respublika Günü münasibətilə ziyafət verilib.


Kateqoriya : SİYASƏT Baxış sayı : 1253

QHT və MEDİA

2018-07-15 11:40:29

QHT və MEDİA
“Səhra həkimləri” sənədli filminin təqdi...
“Səhra həkimləri” sənədli filminin təqdi...

Bugünki vəziyyətdə Azərbaycanın ərazi bütövlüyünün bərpası güclü vətəndaşlı...

2018-07-13 17:10:51

QHT və MEDİA
Cənub bölgəsində Prezidentin Fərmanına i...
Cənub bölgəsində Prezidentin Fərmanına i...

11 iyul 2018-ci il tarixində, Azərbaycan Respublikasının Prezidenti yanında ...

CƏMİYYƏT

2018-07-14 09:05:08

CƏMİYYƏT
YAP Pirallahı rayon təşkilatının sədri H...
YAP Pirallahı rayon təşkilatının sədri H...

Ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərl...

2018-07-13 14:30:58

CƏMİYYƏT
Rufiz Qonaqov: NATO Sammitinin yekun sən...
Rufiz Qonaqov: NATO Sammitinin yekun sən...

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri, keçirdiyi görüşlər, imz...

İQTİSADİ

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...

2018-07-10 08:05:18

İQTİSADİ
Yüksək bal toplayanlara UNEC-də ikinci i...
Yüksək bal toplayanlara UNEC-də ikinci i...

2018/2019-cu tədris ilindən UNEC-ə 700 bal toplayaraq qəbul olan tələbələr pr...