QHT və MEDİA
A- A A+

QHT-lərə Dövlət Dəstəyi Şurası 167 QHT-ni qalib elan etdi -SİYAHI

2017-06-08 22:25:24

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

Fact-info.az xəbər verir ki, Şura sədrinin müavini Vüsal Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2017-ci il ikinci qrant müsabiqəsinin yekunları, Apelyasiya Komissiyasının müraciət tarixinin müəyyən edilməsi, müsabiqədənkənar fonda daxil olan müraciətlərə baxılması üzrə Komissiyanın yaradılması, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi  və Şuranın fəaliyyətinin 10 illiyi ilə bağlı tədbirlərin təşkili üçün İşçi Qrupunun yaradılması barədə məsələni elan edib. 

Gündəlik yekdilliklə təsdiq olunub.Vüsal Quliyev 11 aprel-08 may 2017-ci il tarixlərində ərizə və layihə qəbulu həyata keçirilən ikinci qrant müsabiqəsində iştirak üçün 318 QHT-nin ərizə təqdim etdiyini deyib. Onlardan 292 təşkilat müsabiqəyə layihə göndərib. Şuranın sədr müavini müsabiqə prosesinin Şuranın təlimat və qərarlarına müvafiq şəkildə təşkil olunduğunu bildirib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2017-ci il ikinci qrant müsabiqəsinə təqdim olunan 292 layihədən 272-sinin qeydə alındığını deyib. 20 layihədə isə texniki səfvlər olduğundan qeydə alınmayıb: “Texniki səhvlərin düzəlişi ilə bağlı Şuraya 48 müraciət daxil olub ki, onlardan da 45-i müsbət həll olunub. 

Layihələrin qeydiyyatı zamanı əlavə edilən sənədlərdə (layihə təklifi, icra planı, xərclər smetası) təşkilatın və ya təşkilatın sədrinin adının yazılması, əlavə edilən sənədlərin Şuranın müəyyən etdiyi formalara uyğun olmaması, büdcənin müəyyən olunan məbləğdən çox olması, təqdim edilən layihə təkliflərinin başqa QHT-yə aid olması və s. kimi səfvlər aşkarlanıb”.

 Fərasət Qurbanov bildirib ki, layihələrin qiymətləndirilməsində 8 ekspert iştirak edib.Şura üzvləri Şahin İsmayılov, İlqar Məmmədov, Sahib Məmmədov, Əliməmməd Nuriyev, Rufiz Qonaqov, Anar Xəlilov və Emin Həsənli çıxış edərək gündəlikdə dayanan məsələlərlə bağlı bağlı rəy və təkliflərini bildiriblər.

Yekun olaraq Şura üzvləri ekspertlərin və Büdcə Komissiyasının rəyini nəzərə alaraq 167 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul ediblər.

Müsabiqənin nəticələrindən narazı qalan QHT-lər 20 iyun 2017-ci il, saat 17:00-dək Apelyasiya Komissiyasına yazılı və elektron qaydada (e-apellyasiya@cssn.gov.az) müraciət edə bilərlər. 

Şura üzvləri həmçinin müsabiqədənkənar fonda daxil olan müraciətlərə baxılması üzrə Komissiyanın yaradılması barədə də qərar veriblər.

İclasda 2018-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi  və Şuranın fəaliyyətinin 10 illiyi ilə bağlı tədbirlərin təşkili üçün Şura üzvləri və Katiblik əməkdaşlarından ibarət İşçi Qrupun yaradılması haqqında qərar qəbul olunub. 

Müsabiqənin nəticələri ilə Şuranın www.cssn.gov.az, www.qhtxeber.az  və www.e-qht.az saytları vasitəsi ilə tanış ola bilərsiniz.
 

 Maliyyeleshmeyen layiheler 2017 (2).docx

 Musabiqe qalibleri 2017-2.docx

 

 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 800

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...