QHT və MEDİA
A- A A+

Avstriya qəzeti: Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır

2017-06-08 07:10:29

Avstriyanın gündəlik “Tiroler Tageszeitung” qəzeti Azərbaycanın bu ölkədəki səfiri Qalib İsrafilovun Avstriya Mətbuat Agentliyinə (APA) müsahibəsini dərc edib

“Dağlıq Qarabağ: Azərbaycan BMT qətnamələrinə uyğun olaraq işğal edilmiş ərazilərin qaytarılmasını tələb edir” başlıqlı məqalə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud vəziyyətə həsr olunub.

Müsahibədə qeyd edilib ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı beynəlxalq hüququn ciddi şəkildə pozulması, sülh və təhlükəsizlik üçün təhdiddir. Rəsmi Bakı işğal olunmuş ərazilərin BMT-nın qətnamələri əsasında geri qaytarılmasını və öz torpaqlarından qovulmuş azərbaycanlıların vətənlərinə geri dönmələrini tələb edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində qeyd edilir ki, Ermənistan yerli əhalini doğma torpaqlarından qovmaq üçün hərbi qüvvədən istifadə edib, status-kvonu qüvvədə saxlamaq üçün hazırda da güc tətbiq etməkdədir.

Səfir qeyd edib ki, ATƏT-in Minsk qrupuna münaqişənin sülh yolu ilə nizamlanması üçün mandat verilib. Münaqişə dondurulmalı deyil, həll edilməlidir. BMT qətnamələrinin həyata keçirilməsi, eyni zamanda, 1996-cı ildə Lissabon Sammitində ATƏT-ə sədrlik edən İsveçrənin münaqişənin həlli üçün təklif etdiyi planın reallaşdırılması Ermənistanın müqaviməti ucbatından baş tutmayıb.

Diplomat müsahibədə münaqişə kontekstində üç əsas komponentə diqqəti yönəldib: Minsk qrupu vasitəçilik forumu kimi, ATƏT cavabdeh təşkilat olaraq və hadisə yerindəki reallıq, yəni, Dağlıq Qarabağ və ümumilikdə regiondakı hadisələrin inkişafı. Müsahibədə bununla bağlı fəaliyyətin yetərli olmadığı da qeyd edilib və ATƏT-in bu münaqişəyə kifayət qədər diqqət ayırmaması tənqid olunub. Bildirilib ki, Minsk qrupuna siyasi direktivlər verilməlidir.

Müsahibədə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədri Avstriyanın münaqişənin nizamlanması ilə bağlı səyləri, ATƏT-in Bakı və Yerevan ofislərinin bağlanması səbəbləri, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün həyat şəraiti və doğma torpaqlara geri dönmək arzusu, Ermənistanın münaqişənin nizamlanması ilə bağlı tutduğu qeyri-konstruktiv mövqe barədə də söz açılıb.

Q.İsrafilov bildirib ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün bütün tədbirləri görür. Lakin buna baxmayaraq, onlar öz torpaqlarına geri dönmək arzusundadırlar. “Nəyə görə onların taleyi Ermənistanın qərarından asılı olmalıdır?”, - deyə səfir vurğulayıb.(Azərtac)

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 324

QHT və MEDİA

2018-05-23 19:40:58

QHT və MEDİA
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 1918-ci ildə Az...

2018-05-23 07:55:44

QHT və MEDİA
Kaliforniya qubernatoru: Azərbaycan düny...
Kaliforniya qubernatoru: Azərbaycan düny...

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Edmund Braun Azərbaycan Xalq Cümhuriy...

CƏMİYYƏT

2018-05-24 09:40:56

CƏMİYYƏT
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...

Azadinform-un "Anadolu" agentlyinə istinadən məlumatına görə, TBMM sədri F. M...

2018-05-22 09:25:48

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbayc...

İQTİSADİ

2018-05-23 06:35:13

İQTİSADİ
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, səna...

2018-05-17 08:45:07

İQTİSADİ
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəm...