QHT və MEDİA
A- A A+

Tbilisidə “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kitabının təqdimatı olub

2017-06-06 09:55:31

Tbilisidə gürcü dilində nəşr olunan “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kitabının təqdimatı keçirilib

Tbilisidə fəaliyyət göstərən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən tədbirdə muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva çıxış edərək ölkələrimiz arasındakı mədəni əlaqələrdən danışıb, elm adamlarının əsərlərinin Azərbaycan və gürcü dillərinə tərcümə olunmasının münasibətlərimizin inkişafına töhfə verdiyini vurğulayıb.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək ölkələrimiz arasındakı oxşar xüsusiyyətlərdən, mədəni dəyərlərdən, hər iki ölkədəki tolerantlıqdan danışıb, Azərbaycanın multikultural dəyərlərinin dünya ölkələri üçün nümunə olduğunu bildirib. O, Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, hüquq elmləri doktoru Şirxan Adıgözəlovun müəllifi olduğu “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kitabının gürcü dilinə tərcümə olunmasını yüksək qiymətləndirib.

Kitabın elmi redaktoru, Milli Məclisin deputatı, professor Elman Nəsirov çıxışında müasir dünyada baş verən proseslərdən, Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq münasibətlərindən danışıb. O, Azərbaycanın tolerantlığa, multikultural dəyərlərə verdiyi önəmi və bu sahədə əldə etdiyi uğurları diqqətə çatdırıb.

Müəllif Şirxan Adıgözəlov kitabın iki dildə çap olunmasından və təqdimat mərasiminin Tbilisi şəhərində keçirilməsindən məmnun olduğunu bildirib. Qeyd olunub ki, bu kitabın başqa ölkələrdə də təqdimatlarının keçirilməsi nəzərdə tutulub.  

Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, kitabın rəyçilərindən biri, ART Paralel TV-nin rəhbəri Tengiz Txilava, “Gürcüstan” qəzetinin redaktoru, Əməkdar Jurnalist İslam Əliyev və başqaları çıxış edərək müasir dövrdə multikulturalizmin aktuallığından danışıb, kitabda Azərbaycan kontekstində dövlətimizin həyata keçirdiyi siyasətin geniş təhlilinin aparıldığını vurğulayıb, Azərbaycan ilə Qərb arasındakı multikultural dəyərlərin oxşar və fərqli cəhətlərindən danışıblar. Azərbaycanda dini konfessiyaların qanun qarşısında eyni statusa malik olduğu, multikulturalizmin Azərbaycanda dövlət səviyyəsində inkişaf etdirilməsinin əhəmiyyəti xüsusi qeyd olunub.

Çıxışlarda multikulturalizmin Azərbaycanda və Gürcüstanda həyatın bir hissəsinə çevrildiyi vurğulanıb və bu kitabın multikulturalizmin öyrənilməsində, təbliğində mühüm rol oynayacağı bildirilib.

Qeyd edək ki, kitabın elmi redaktoru siyasi elmlər doktoru, professor Elman Nəsirovdur.

Nəşrə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, deputatlar Fəttah Heydərov və Eldar İbrahimov rəy veriblər.

Sonda professor Elman Nəsirov səfir Dursun Həsənova, muzeyin direktoru Leyla Əliyevaya, “Gürcüstan” qəzetinin redaktoru İslam Əliyevə, kinorejissor, kitabın tərcüməçisi Tengiz Txilavaya Siyasi Araşdırmalar İnstitutunun diplomlarını təqdim edib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 334

QHT və MEDİA

2018-07-19 13:40:50

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının sədri H...
YAP Pirallahı rayon təşkilatının sədri H...

Milli oyanışın və tərəqqinin sivil əsaslarının yaradılmasının mühüm vasitəsi ...

2018-07-19 10:15:01

QHT və MEDİA
Rauf Zeyni: “Sabitliyin pozulmasına, qar...
Rauf Zeyni: “Sabitliyin pozulmasına, qar...

Bu fikirləri Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib.

R.Z...

CƏMİYYƏT

2018-07-18 21:15:54

CƏMİYYƏT
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...

Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyə...

2018-07-16 09:25:44

CƏMİYYƏT
Azərbaycanın multikulturalizm siyasəti ö...
Azərbaycanın multikulturalizm siyasəti ö...

Fact-info.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident...

İQTİSADİ

2018-07-18 07:05:04

İQTİSADİ
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...

Sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasi...

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...