QHT və MEDİA
A- A A+

“Jewish Press” nəşrində Azərbaycanın strateji əhəmiyyəti haqda məqalə dərc edilib

2017-06-02 08:05:11

.

“Jewish Press” amerika-yəhudi nəşrində İsrailin aparıcı analitik mərkəzinin beynəlxalq əlaqələr üzrə direktoru Maayan Caffe-Hoffmanın “Geosiyasi akupressura” adlı məqaləsi dərc olunub. Materialda Azərbaycanın strateji və geosiyasi əhəmiyyətindən bəhs edilir.

Müəllif yazır ki, Azərbaycan xristian və müsəlman dünyalarının qovuşduğu məkan olmaqla bərabər, həm də çoxminlik yəhudi icmasının vətənidir. M.Caffe-Hoffman vurğulayır ki, İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz Azərbaycanda antisemitizm olmadığını dəfələrlə qeyd edib. Azərbaycan enerji ehtiyatlarının mənbəyi və eyni zamanda başqa ölkələrdən Avropaya enerji ehtiyatlar nəqlinin şaxələndirilməsi üçün potensial tranzit dövlətdir. İsrailin baş naziri Binyamin Netanyahu keçən il dekabrda Bakıda səfərdə olarkən İsrail ilə Azərbaycan arasında hərbi əməkdaşlığı yüksək qiymətləndirib.

 

Azərbaycan ilə iqtisadi sahədə də sıx əlaqələr qurmuş İsrail idxal etdiyi neftin dörddəbir hissəsindən çoxunu Azərbaycandan alır. Bu yaxınlarda Netanyahu Azərbaycanda səfərdə olarkən iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq barədə sazış imzalanıb. Müəllif qeyd edir ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan regional və qlobal konstellyasiyaların mərkəzində yerləşməsindən böyük uğurla istifadə edir və Birləşmiş Ştatlar da diplomatik və siyasi körpülər qurulması, sülhün bərqərar olması üçün bu imkanlardan istifadə etməlidir.(Azərtac)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 271

QHT və MEDİA

2018-02-16 09:50:08

QHT və MEDİA
Praqada Xocalı qurbanlarının xatirəsinə ...
Praqada Xocalı qurbanlarının xatirəsinə ...

Fevralın 15-də Çexiyanın paytaxtı Praqa şəhərində Xocalı qurbanlarının xatirə...

2018-02-16 08:00:06

QHT və MEDİA
Azay Quliyev: ATƏT PA-nın sessiyasında m...
Azay Quliyev: ATƏT PA-nın sessiyasında m...

ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında mühüm məsələlər müzakir...

CƏMİYYƏT

2018-02-15 10:30:05

CƏMİYYƏT
İsrail qondarma erməni soyqırımını tanım...
İsrail qondarma erməni soyqırımını tanım...

AzVision.az-ın "Jerusalem post" nəşrinə istinadən verdiyi məlumata görə, parl...

2018-02-13 09:25:38

CƏMİYYƏT
Yaqub Mahmudov: 1918-ci ilə qədər Cənubi...
Yaqub Mahmudov: 1918-ci ilə qədər Cənubi...

Bu fikirləri Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik...

İQTİSADİ

2018-02-16 10:20:34

İQTİSADİ
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...

"APA-Economics" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Enerji Ehtiya...

2018-02-16 08:15:30

İQTİSADİ
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...

"APA-Economics" xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji Birliyi üzr...