MÜSAHİBƏ
A- A A+

“Trampın məktubları Azərbaycanla ABŞ arasındakı münasibətlərin inkişafını əks etdirir”

2017-05-31 18:20:00

“Azərbaycan həmişə Amerika Birləşmiş Ştatları ilə iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlıq edib, həmçinin terrorizmə qarşı birgə mübarizə aparıb”.

Bunu Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktublarına münasibət bildirərkən deyib. S. Novruzov bildirib ki, Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət aparır və hər bir dövlət ilə qarşılıqlı münasibətlərini qurur: “ABŞ-ın başlatdığı antiteror əməliyyatlarına qoşulan ilk ölkələrdən biri Azərbaycan oldu və bu gün Azərbaycan ordusu Əfqanıstanda sülhyaratma prosesində iştirak edir. Bundan əvvəl isə İraqda, Kosovada da bu prosesdə iştirak edib. Yəni Azərbaycan hərtərəfli şəkildə bu prosesə öz töhfəsini verir”. 

S. Novruzov əlavə edib ki, əfsuslar olsun ki, müəyyən şəxslər, təşkilatlar və müəyyən maraqlı qruplar, xüsusilə də erməni lobbisi və onların maliyyələşdirdiyi təşkilatlar Azərbaycanın həm ABŞ, həm də digər dövlətlərlə münasibətlərinə xələr gətirməyə çalışıblar: “Müxtəlif təşkilatlar, o cümlədən “Freedom House”, “Human Rights Watch”, Sərhədsiz Repartyorlar və digər təşkilatlar ABŞ və digər ölkələr adından, ABŞ-ın ayrı-ayrı strukturları adından heç bir əsası olmayan bəyanatlar yaymağa, dinləmələr keçirməyə çalışıblar. ABŞ Prezidenti Donald Trampın məktubları isə Azərbaycanla ABŞ arasındakı münasibətlərin inkişaf etdirilməsini özündə əks etdirir. Bu baxımdan mən bu məktubları yüksək qiymətləndirirəm və hesab edirəm ki, gələcəkdə də bu münasibətlər davam edəcək”. (trend)

 

 


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 260

QHT və MEDİA

2018-02-23 10:00:44

QHT və MEDİA
Xarici mediada Xocalı soyqırımına dair ...
Xarici mediada Xocalı soyqırımına dair ...

Ukraynanın “Vechirniykiev” portalında AZƏRTAC-ın Ukrayna, Belarus, Moldova üz...

2018-02-22 17:10:35

QHT və MEDİA
Regionlarda gənclərin bilik və bacarıqla...
Regionlarda gənclərin bilik və bacarıqla...

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi və Mərhəmət Kimsəsizlərə Yardım ...

CƏMİYYƏT

2018-02-23 13:25:31

CƏMİYYƏT
Sumqayıt hadisələri-məkrli planlar
Sumqayıt hadisələri-məkrli planlar

Hər il fevralın 27-28-də Sumqayıt hadisələri haqqında media yazır, müzakirəl...

2018-02-22 17:20:31

CƏMİYYƏT
“Xocalı şahidləri danışır” kitabının təq...
“Xocalı şahidləri danışır” kitabının təq...

Fevralın 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Xocalı şahidləri danışır” kitab...

İQTİSADİ

2018-02-22 10:10:43

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişi...
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişi...

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınması yəqin ki, bu ilin sonunad...

2018-02-20 08:10:24

İQTİSADİ
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...

AZƏRTAC Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, "A...