QHT və MEDİA
A- A A+

QHT nümayəndələri Respublika günü ilə bağlı Türkiyədə tədbirlərdə iştirak ediblər

2017-05-30 10:35:42

.

Yeni Yurd Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədova və onun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycan Respublika gününün 99-cu il dönümünü Türkiyənin İzmir şəhərində qeyd ediblər.

Yeni Yurdun fəalarından professor Asif Rüstəmli, Zərnişan Turan,Natiq Qasımov, Dilbər Sultanova Türkiyə-Azərbaycan Dərnəklər Fedarasiyası və Azərbaycan Mədəniyyət Evinin dəvəti ilə qardaş ölkənin insanları ilə birlikdə bu tarixi təntənəli şəkildə keçirib.

Xususilə Kocaeli Azərbaycan Kültür Evi tərəfindən Azərbaycan vəTürkiyənin bayraqları ilə bəzədilmiş yaşılıqlarla əhatə olunmuş böyuk məkanda keçirilən tədbir uzun müddət yadaşlardan silinməyəcək.

Tədbiri TADF -nin sədri Bilal Dündar açaraq Azərbaycan xalqını müqəddəs, əlamətdar gün münasibəti ilə təbrik edib. Azərbaycan Demokratik Cümhuriyyətini yarandığı çətin, şərəfli tarixdən söz açdı. Sonra söz alan Kocaeli Böyük şəhər Bələdiyyəsi sədrinin vəkili Zəkəriyə Özak, şərqin ilk Respublika quruluşlu ölkəsi olan Azərbaycan Demokratik Cümhuriyyətinin yarandığı tarixi günün hər il Türkiyədə qeyd olunduğunu, xalqın bayramına çevrildiyini fərəh hissi isə bildirdi.

İzmit Bələdiyyəsi sədrinin müavini Güray Oruc, bölgə müftisi Yusuf Doğan, Dərincə prokroru Akın Yılmaz, Kocaeli təhsil müdiri Hayat Aydın çıxışlarında bu günün tarixi önəmini, Heydər Əliyevin dediyi “Bir millət, iki dövlət” olamasının ortaq dəyərlərindən söz açdılar. Daha sonra Azərbaycandan gələn nümayəndə heyətinə söz verilib.

Professor Asif Rüstəmli Cümhuriyyət tarixindən söz açıb. Yeni Yurd Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədova qardaş dövlətin, Azərbaycan Cümhuriyyətinin 99-cu il dönümünü münasibətilə təşkil olunan tədbirlərin yüksək səviyyədə hazırlandığı üçün təşkilatçılıq işlərinə görə başda Bilal Dundar olmaqla, Azərbaycan Mədəniyyət Evinin bütün əməkdaşlarına təşəkkür edərək, təşkilat adından mükafatlar təqdim edib. Öz növbəsində Böyük şəhər Bələdiyyəsi də Azərbaycan nümayəndə heyətini mükafatlandırıb.

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 879

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...

2019-08-08 12:35:16

İQTİSADİ
Hacı Zeynalabdin Tağıyevin hesabatı nəşr...
Hacı Zeynalabdin Tağıyevin hesabatı nəşr...

Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1889-cu ildə “Kaspi” qəzetində ru...