SOSİAL
A- A A+

Metsamor AES təhlükəsi NATO PA-nın komitə iclasında

2017-05-30 09:15:28

NATO Parlament Assambleyasının (PA) Tiflisdə keçirilən Elm və Texnologiya komitəsinin iclası keçirilib

APA-nın Gürcüstan bürosunun məlumatına görə, iclasda  Orta Şərqdə müharibələrin ekoloji tarazlığa  vurduğu zərbə, ətraf mühitin çirklənməsi, həmin ölkələrin iqtisadiyyatına və əhalinin sağlamlığına, təbii ehtiyatlara vurduğu ziyan barədə məruzə dinlənilib.
 Məruzə ətrafında çıxışlar zamanı Azərbaycanın NATO PA-dakı  nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edib. M. İbrahimqızı Cənubi Qafqazda mövcud olan problemlərdən danışıb, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib: “Bu gün toplaşdığımız Tiflis şəhəri Orta Şərqdən təxminən 400 kilometr uzaqdadır və  təxminən bir o qədər də məsafədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsi yerləşir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında – Dağlıq Qarabağda və ona bitişik 7 rayonun ərazisində ekoloji sistem tam pozulub. Ermənistan bu bölgələrdə mədəniyyət abidələri və təbii sərvətləri talayıb, ekoloji sistemə ciddi ziyan vurub. Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının (AES) radioaktiv tullantıları işğal olunmuş Azərbaycan ərazilərində basdırılır. Bu AES Cənubi Qafqaz ölkələri üçün təhlükədir. Metsamor AES Sovetlər dönəmindən qalmış  köhnə infrastrukturdan ibarətdir”. 
 M. İbrahimqızı Dağlıq Qarabağ ərazilərində yetişdirilən narkotiklərin Avropaya daşındığını da qeyd edib.
 NATO PA Elm və Texnologiya komitəsinin iclasında çıxış edən məruzəçi bu məsələnin bu gün beynəlxalq aləm üçün doğrudan da aktual və vacib olduğunu  vurğulayıb və təkrar çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin faktlara əsasən söylədiyi fikirləri bəyəndiyini bildirib. Eyni zamanda bu faktların ciddi narahatlıq yaratdığını qeyd edib. Komitə iclasında bildirilib ki, bu məsələlərlə əlaqədar komissiya yaradılmalı və ciddi araşdırmalar aparılmalıdır.
İclasdan sonra M.İbrahimqızı jurnalistlərə açıqlamasında bu cür tullantıların təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz və Avropanın özü üçün ciddi təhlükə mənbəyi olduğunu bildirib: “Artıq bir neçə gündür ki, ermənilər işğal etdikləri Cəbrayıl rayonu ərazisindəki Böyük Cocuq Mərcanlı kəndi yaxınlığında meşələri yandırıblar və yanğın bu gün də davam edir”

 

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 670

QHT və MEDİA

2019-10-22 09:45:08

QHT və MEDİA
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...

Oktyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) və Beynəlxalq Münasibətlərin T...

2019-10-20 14:50:47

QHT və MEDİA
"Türk Şurasının Bakı sammiti türk birliy...
"Türk Şurasının Bakı sammiti türk birliy...

Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeddinci sammiti...

CƏMİYYƏT

2019-10-22 15:20:16

CƏMİYYƏT
Yüz il bundan əvvəlin eyni məkanında...
Yüz il bundan əvvəlin eyni məkanında...

Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirləri davam edir. Oktyabrı...

2019-10-22 08:40:42

CƏMİYYƏT
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...

1987–ci ilin 21 oktyabr günü SSRİ-də yaşayan ermənilər və digər anti-Azərbayc...

İQTİSADİ

2019-10-23 10:45:33

İQTİSADİ
Prezident İlham Əliyev: Ölkəmizin uğurlu...
Prezident İlham Əliyev: Ölkəmizin uğurlu...

Ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabın...

2019-10-22 08:10:28

İQTİSADİ
"İnvestisiya təşviqi sənədi sərmayələrin...
"İnvestisiya təşviqi sənədi sərmayələrin...

İndiyədək Azərbaycanda 346 sahibkara investisiya dəyəri 3,9 mlrd. manata yaxı...