QHT və MEDİA
A- A A+

Ermənistan tarix və mədəniyyət abidələrinə 177 milyard dollar ziyan vurub

2017-05-26 09:40:58

Layihə

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyi tərəfindən ”Qarabağ münaqişəsi nəticəsində maddi - mədəni irsin məhv edilməsi ilə bağlı İKT resurslarında təbliğat işinin gücləndirilməsi” mövzusunda gənclərin iştirakı ilə konfrans keçirilib. Tədbir Nərimanov rayon Gənclər və İdman idarəsinin təşkilati dəstəyi ilə baş tutub.

 Layihənin rəhbəri “Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyinin sədri Nail Şükürov bildirib ki, konfransın keçirilməsində əsas məqsəd işğal altında olan Qarabağın maddi – mədəni irsinin ermənilər tərəfindən  məhv edilməsi ilə bağlı faktların elektron vasitələr ilə həm Azərbaycanda, həm də dünyada daha geniş auditoriyaya təbliğ olunması, gənclərin və gənclər təşkilatlarının Azərbaycan həqiqətlərinin – mədəniyyət irsinin obyektiv formada dünyada yayılmasında rolunun artırılmasıdır.

 Konfrans çərçivəsində Ermənistanın işğalı nəticəsində Qarabağın maddi - mədəni irsinə dəymiş ziyan və bu mövzuda virtual resurslarda təbliğat işlərinin gücləndirilməsi haqqında ekspertlər tərəfindən məruzələr edilib, müzakirələr aparılıb. 

Çıxış edən məruzəçilər –Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun məsul əməkdaşı Rəvanə Abdullayeva, AMEA İnsan Hüquqları İnstutunun əməkdaşı Faiq İsmayılov, tarix üzrə fəlsəfə doktoru Natiq Alışov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov, Nərimanov Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Virtual Qarabağ” İKT mərkəzinin rəhbəri Nurəddin Mehdiyev qeyd ediblər ki, Azərbaycanın Qarabağ bölgəsi və ətraf rayonların işğalı nəticəsində Azərbaycanın 23 muzeyinə məxsus 86 307 eksponat, 4 şəkil qalereyasına məxsus 371 rəsm əsəri, 927 kitabxanaya məxsus 4,6 milyon kitab, 13 arxivə məxsus 260 000 sənəd, 5300 memarlıq  abidəsi,  o cümlədən 2261 arxeoloji abidə, 50 000 ədəd şəxsi kolleksiyalarda saxlanan tarixi əhəmiyyətli mədəni-irs nümunələri Ermənistanın nəzarəti altındadır. Ermənilər tərəfindən məqsədli şəkildə onlarla Kurqanın, insan məskənlərinin, qəbiristanlıqların, inanc yerlərinin, müsəlman dini abidələrinin və digər arxeoloji abidələrin tamamilə məhv edilməsi, süni şəkildə Azərbaycan tarixinə və mədəniyyətinə  ciddi zərbə vurub. İlkin hesablamalara görə, Azərbaycanın tarix və mədəniyyət abidələrinə Ermənistan tərəfindən vurulmuş zərərin ümumi miqdarı 177 milyard  ABŞ dolları təşkil edir. 

 Konfransda həmçinin vurğulanıb ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki memarlıq abidələrinin bir qisminin erməniləşdirilməsi, digər bir qismi vandalizmə uğradılması ciddi təşviş doğurur. Qeyd olunub ki, ermənilərin bu hüquqazidd əməlləri Beynəlxalq təşkilatlar tərəfindən araşdırılıb öz hüquqi qiymətini almalıdır. Bu istiqamətdə İKT resurlarında təbliğat gücləndirilməli, bu sahədə gənclərin də rolu artırılmalıdır.

 Konfransin əsas nəticələrindən biri də o olacaq ki, Qarabağın maddi – mədəni irsinin ermənilər tərəfindən  məhv edilməsi faktlarının təbliğində dövlət qurumları, vətəndaş cəmiyyəti və elmi müəssisələrin birgə əməkdaşlıq səyləri artacaq.

 Konfrans zamanı “Qafqaz Albaniyası- gecikmiş həqiqətlər” sənədli filmi nümayiş olunub. Konfrans iştirakçılarına müxtəlif çap məhsulları təqdim olunub.

Konfransın işində Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları, müxtəlif elmi müəssisələrin əməkdaşları, ictimai birlik rəhbərləri, gənc tədqiqatçılar iştirak edib. (qhtxeber.az)

 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 250

QHT və MEDİA

2018-01-16 14:35:22

QHT və MEDİA
UNEC-də "Açıq qapı" günü
UNEC-də "Açıq qapı" günü

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İctimai Nəzarət Şurasının üz...

2018-01-14 08:40:12

QHT və MEDİA
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...

“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir”. Bu barədə Avro...

CƏMİYYƏT

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

2018-01-12 09:35:45

CƏMİYYƏT
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...

Azərbaycan Ordusunun hərb yolu ilə düşmən üzərində tam qələbə əldə etməsi şüb...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...