SOSİAL
A- A A+

“Huffington Post” qəzeti: “Azərbaycan idman və mədəniyyət vasitəsilə qarşılıqlı anlaşmanı təşviq edir”

2017-05-25 08:50:28

.

Amerika Birləşmiş Ştatlarının “Huffington Post” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovun “Azərbaycan idman və mədəniyyət vasitəsilə qarşılıqlı anlaşmanı təşviq edir” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, müəllif bütün dünyanın diqqətinin Prezident Donald Trampın Səudiyyə Ərəbistanında müsəlman ölkələrinin liderlərinə müraciətinə yönəldiyi bir vaxtda digər müsəlman ölkəsində böyük beynəlxalq tədbirin keçirildiyini diqqətə çatdırır. Məqalədə qeyd edilir ki, Azərbaycan Respublikası bu ay IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Son vaxtlar müxtəlif idman və mədəniyyət tədbirlərini keçirən Bakı bu dəfə də IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərində baxımlı və heyranedici şou təşkil etdi.

Müəllif IV İslam Həmrəyliyi Oyunları, Azərbaycan idmançılarının yarışlarda qazandıqları medallar haqqında məlumat verir.

Səfir Bakıda keçirilmiş birinci Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitələrinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyini vurğulayaraq, məhz onun rəhbərliyi sayəsində bu tədbirlərin böyük uğurla keçdiyini bildirir.

Məqalədə Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqinə xüsusi önəm verdiyi, fərqli mədəniyyətlərin nümayəndələrini bir araya gətirdiyi diqqətə çatdırılır. E.Süleymanov yazır ki, ABŞ-ın dözümsüzlüyün yayılmasının qarşısının alınması üçün konkret addımların atılması məqsədilə müsəlman dostlarına müraciət etməsindən əvvəl Azərbaycan fikir ayrılıqlarının aradan qaldırılması və bərabərliyin təşviq olunması yolunda ciddi cəhdlə çalışıb.

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 256

QHT və MEDİA

2017-11-22 20:15:10

QHT və MEDİA
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...

O, dövlət büdcəsindn QHT-lərin inkişafı və maliyyələşdirilməsi üçün ayrılan ...

2017-11-22 08:20:55

QHT və MEDİA
Ermənistanın faşizmi dövlət siyasəti seç...
Ermənistanın faşizmi dövlət siyasəti seç...

Hətta nasistlərin simvolu işğalçı ölkənin hakim partiyasının rəmzidir. Ermən...

CƏMİYYƏT

2017-11-23 08:45:29

CƏMİYYƏT
Mühafizə olunan “Tarix Muzeyi kolleksiya...
Mühafizə olunan “Tarix Muzeyi kolleksiya...

MEK-in Komplektləşdirmə bölməsinin əməkdaşları Mehri Həsənli və Şəlalə Eyvaz...

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

İQTİSADİ

2017-11-23 08:50:53

İQTİSADİ
“Hər il Qarabağ əlilləri və şəhid ailələ...
“Hər il Qarabağ əlilləri və şəhid ailələ...

“APA-Economics”in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naz...

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...