SOSİAL
A- A A+

"Cəsur Kəşfiyyatçı” filmi təqdim edildi

2017-05-24 10:50:44

.

Beynəlxalq Mətbuat Mərkəzində "Vetenim.İnfo” MMC tərəfindən Qarabağ uğrunda şəhid olmuş Hicran Zülfüyevin şərəfli ömür yoluna həsr edilən "Cəsur Kəşfiyyatçı” filminin təqdimatı keçirilib.

Sherg.az xəbər verir ki, öncə Qarabağ uğrunda şəhid olmuş bütün insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 
Tədbiri giriş sözü ilə "Vetenim.İnfo” saytının baş redaktoru Müşfiq Borçalı açıb. O, 25 il əvvəl - 1992-ci il mayın 23-də Qarabağ uğrunda müharibədə qəhrəmancasına şəhid olmuş Hicran Zülfiyevin şərəfli ömür yolu haqqında və eləcə də təqdim edilən film barəsində məlumat verib.

Daha sonra isə şəhidə həsr olunmuş film nümayiş olunub.

Qeyd edək ki, "Vetenim.İnfo” MMC tərəfindən hazırlanmış filmin Ssenari müəllifi Günya Novruz, rejissoru İsrafil Xanlarov, redaktoru isə Müşfiq Borçalıdır.

Tədbirdə ictimai xadimlər, millət vəkilləri və tanınmış jurnalistlər çıxış edib və film haqqında öz ürək sözlərini söyləyiblər.
Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist Məzahir Süleymanzadə bildirib ki, şəhid ruhu müqəddəsidir. O ruh bizim ətrafımızda dolanır və hər zaman da dolanacaq. 
Onun sözlərinə görə, bu ruhun arzularını yerinə yetirmək bizim borcumuzdur. Məhz hazırlanan film də buna xidmət edir:

"Hər birimiz şəhidlərimizin ruhu qarşısında baş əyirik. Lakin burada əyləşən şəxslərin heç biri şəhid anasının keçirdiyi hissləri keçirə bilməz. Ananın nələr çəkdiyini görürük. Şəhidimizin dostları, qohumları danışdı, amma əsərin əsas qəhrəmanı ağbirçək anamızdı. Filmdəki əsgər xurcununun açılması epizodu çox maraqlı idi və bu görüntü həm rejissor, həm də film müəllifləri üçün bir tapıntıdır. İftixar hissi keçirdim ki, o xurcundan çıxan siqaret qutusu, içilməmiş su qabı ilə yanaşı əvvəllər baş redaktoru olduğum "Səhər” qəzeti də çıxdı. Həqiqətən də o zamanlar qəzet əsgərlər arasında çox vacib idi.
Hazırlanan film şəhidlərimizi unutmağa qoymur. Minlərlə şəhidlərimiz var, onlar haqqında filmlər çəkilməli, əsərlər yaradılmalıdır. Bir sözlə, nə lazımdırsa, yerinə yetirməliyik ki, şəhidlərimiz unudulmasın. Əlbəttə, nə eləsək də onların ruhunu ciddi şəkildə şad edə bilmirik. Ona görə də torpaqlarımız hələ işğal altındadır, üzərində yad ayaqlar var. Son illər aparılan siyasət, görülən işlərin hər biri onu göstərir ki, istəyimizə nail olacağıq. Torpaqlarımız düşməndən azad olacaq və bu zaman filmlərimizin mövzusu dəyişəcək. Amma Hicran kimi şəhidlərimiz heç bir zaman unudulmayacaq və həmişə qəlbimizdə yaşayacaq”.

Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci” qəzetin baş redaktoru Rəşad Məcid çəkilmiş filmin şəhidimizin ruhu qarşısında olan hörmət əlaməti olduğunu diqqətə çatdırıb:

"Xocalı hadisəsi barədə ermənilərin fikri belədir: onlar hər zaman maraqlı olublar ki, törətdikləri faciələri və vəhşilikləri göstərməklə Azərbaycan xalqında xof, qorxu yaratsınlar. Xalqımız müharibə və torpaqları azad etmək iddiasında olmasın. Amma bu cür olmadı, əksinə Azərbaycan xalqı daha çox qisas hissi ilə yaşamağa başladı. Minlərlə azərbaycanlı gənclərimiz məhz bu kadrları görəndən sonra müharibəyə, torpaqlarımızı müdafiə etməyə qalxdı. Bu günkü filmimizin qəhrəmanı Hicran da qisas və vətəni qorumaq hissinin təsiri ilə cəbhəyə yollandı. Əminəm ki, vətənpərvərlik hissi şəhidimizin övladlarına da keçib. Filmdə olan əsgər xurcununun açılması, onun içərisində olan əşyalar olduqca təsirli məqamlar idi. Filmin ərsəyə gəlməsində böyük zəhmət çəkilib. Əziyyət çəkən şəxslərin hər birinə öz təşəkkürümü bildirirəm və Allahdan şəhidimizə rəhmət diləyirəm”.

"Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay isə qeyd edib ki, şəhidimiz haqqında çəkilən film içimizdəki müqavimətin sınmaması və qorunması üçündür. Xanım jurnalistin fikrincə, müqavimət hissini unutmaq olmaz və canından keçən oğullarımız ki var, onlar bizim içimizdəki müqavimət hissidir:

"Müharibə başlayan zaman biz bu günkü hadisələri heç vaxt ağlımıza gətirmirdik. Elə bilirdik ki, hər şey olub bitəcək. Amma bu gün dünya mənzərəsinə baxanda görürük ki, nələr baş verir. Canımızı o vaxt müharibədə canını qoymuş insanlara borcluyuq. Soyqrım olan zaman dünya qüvvələri gözləmirdilər ki, biz müqavimət göstərəcəyik. Məhz müqavimətimizin hesabına bu gün yaşayırıq, dövlətimiz və torpağımız var. 20 faiz torpaqlarımızı itirdik, amma 80 faiz torpaqlarımızı qoruduq. Suriyanın başına gələnlərdən özümüzü necə gözlədik? Keçmişdə canından keçən şəhid oğullarımızın hesabına yaşayırıq.

Deyirlər ki, yeni nəsil yetişir və onlar torpağımızı sevmirlər. Aprel hadisələri oldu və gördük ki, insanların içində müqavimət hissi ölməyib, hər kəs vətən haqqında düşünürdü və sevinirdi ki, bəlkə nəyəsə nail olacağıq. Hesab edirəm ki, belə filmlərdən çox hazırlamaq lazımıdır. Şəhidimizin ailəsinə təşəkkür edirəm ki, bu əziyyətlərə dözüblər. Bu gün H.Zülfüyevin övladı atasını görmür, onun yerinə bir daş görür, amma bu daş onun üçün çox əzizdir”.

 

 

 

 

 

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 220

QHT və MEDİA

2017-11-22 20:15:10

QHT və MEDİA
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...

O, dövlət büdcəsindn QHT-lərin inkişafı və maliyyələşdirilməsi üçün ayrılan ...

2017-11-22 08:20:55

QHT və MEDİA
Ermənistanın faşizmi dövlət siyasəti seç...
Ermənistanın faşizmi dövlət siyasəti seç...

Hətta nasistlərin simvolu işğalçı ölkənin hakim partiyasının rəmzidir. Ermən...

CƏMİYYƏT

2017-11-23 08:45:29

CƏMİYYƏT
Mühafizə olunan “Tarix Muzeyi kolleksiya...
Mühafizə olunan “Tarix Muzeyi kolleksiya...

MEK-in Komplektləşdirmə bölməsinin əməkdaşları Mehri Həsənli və Şəlalə Eyvaz...

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

İQTİSADİ

2017-11-23 08:50:53

İQTİSADİ
“Hər il Qarabağ əlilləri və şəhid ailələ...
“Hər il Qarabağ əlilləri və şəhid ailələ...

“APA-Economics”in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naz...

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...