SİYASƏT
A- A A+

Fikri İşık: Regional əməkdaşlığın gücləndirilməsi ilə bağlı birgə mövqeyimiz bütün dünya üçün örnək olacaq

2017-05-24 08:45:22

.

Regional əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlərdə nümayiş etdirdiyimiz birgə mövqe bütün dünya üçün örnək olacaq.

Bu sözləri Türkiyənin müdafiə naziri Fikri İşık mayın 23-də Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Batumidə keçirilən mətbuat konfransında söyləyib.

Nazir deyib ki, ölkələrimizin coğrafi mövqeyi, enerji resursları, eləcə də boru kəmərlərinin və digər infrastruktur layihələrinin təhlükəsizliyi bütün dünyanın diqqət mərkəzindədir.

Fikri İşık qeyd edib ki, Türkiyə, Azərbaycan və Gürcüstan arasında qədim tarixi olan dostluq əlaqələri var. Siyasi, iqtisadi sahələrdə çox gözəl münasibətlərimiz mövcuddur. Bu da bizə hərbi sahədə əməkdaşlığımızı daha da genişləndirməyə və inkişaf etdirməyə imkan yaradır. Bizim dövlət başçılarımızın, xarici işlər və müdafiə nazirlərimizin birgə görüşlərinin keçirilməsi ənənəvi hal alıb.

Türkiyə Baş nazirinin böyük heyətlə Tbilisiyə səfər etdiyini bildirən Fikri İşık deyib: “Bu səfər və bizim üçtərəfli görüşümüz ortaq iş birliyimizlə yanaşı, Qafqazda sülhün, təhlükəsizliyin və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir”.

“Biz üçtərəfli görüşümüzdə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün toxunulmazlığını bir daha qeyd etdik, bölgədəki bütün münaqişələrin ölkələrin ərazi bütövlüyünə hörmət prinsipləri əsasında həllinin vacibliyini qeyd etdik”, - deyə Türkiyənin müdafiə naziri vurğulayıb.(Azərtac)

 

 

 

 

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 138

QHT və MEDİA

2017-11-22 20:15:10

QHT və MEDİA
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...

O, dövlət büdcəsindn QHT-lərin inkişafı və maliyyələşdirilməsi üçün ayrılan ...

2017-11-22 08:20:55

QHT və MEDİA
Ermənistanın faşizmi dövlət siyasəti seç...
Ermənistanın faşizmi dövlət siyasəti seç...

Hətta nasistlərin simvolu işğalçı ölkənin hakim partiyasının rəmzidir. Ermən...

CƏMİYYƏT

2017-11-23 08:45:29

CƏMİYYƏT
Mühafizə olunan “Tarix Muzeyi kolleksiya...
Mühafizə olunan “Tarix Muzeyi kolleksiya...

MEK-in Komplektləşdirmə bölməsinin əməkdaşları Mehri Həsənli və Şəlalə Eyvaz...

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

İQTİSADİ

2017-11-23 08:50:53

İQTİSADİ
“Hər il Qarabağ əlilləri və şəhid ailələ...
“Hər il Qarabağ əlilləri və şəhid ailələ...

“APA-Economics”in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naz...

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...