SİYASƏT
A- A A+

“İslam Oyunları Azərbaycan siyasətinin bəhrəsini verdiyini nümayiş etdirdi"

2017-05-23 21:40:03

“Bakı-2017 dördüncü İslam Həmrəyliyi Oyunları uğurla keçib. Azərbaycan bu oyunlarda növbəti qələbə qazandı”

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş ölkə idmançıları, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. 
 Azərbaycan idmançılarının oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazandığını və komanda hesabında birinci olduqlarını nəzərə çatdıran dövlət başçısı bildirib ki, bu, böyük tarixi qələbədir: “Bu qələbənin çox möhkəm təməli var. Bu nailiyyətlər Azərbaycan dövlətinin inkişaf etdiyini göstərir. Biz idmançılarımızla fəxr edirik. Dördüncü İslam Həmrəyliyi Oyunları Azərbaycanda aparılan düşünülmüş siyasətin, o cümlədən idman sahəsindəki siyasətin bəhrəsini verdiyini nümayiş etdirdi. Bu gün idman ölkəmizdə ictimai proseslərdə xüsusi yer tutur. İdmançılara xüsusi münasibət var. Hər bir vətənpərvər insan idmançılarımızın uğurları ilə fəxr edir, qürur hissi keçirir”.
 Prezident qeyd edib ki, yarışların keçirildiyi 10 gün ərzində Azərbaycan cəmiyyəti bir daha birlik, həmrəylik, vətənpərvərlik göstərdi. Onun sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının qələbələri yaxın gələcəkdə uşaqların idman bölmələrinə gəlişini daha da sürətləndirəcək: “Bu da nəticə etibarilə Azərbaycan gəncliyinin, xalqının sağlamlığına xidmət edir. Biz idmançılarımızın uğurları ilə fəxr edirik, bu, ölkəmizin şöhrətini daha da artırır. İdman sağlam həyat tərzidir. Biz ölkəmizdə sağlam həyat tərzinin üstünlük təşkil etməsini istəyirik”.
 İ. Əliyev əlavə edib ki, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ölkə üçün tarixi hadisədir: “Bütün qurumlar yaxşı işlədi, bir ailə, bir komanda kimi eyni amala xidmət etdi. Uğurların təməlində dövlət qurumlarının sıx əlaqədə işləməsi amili dayanır”.
 Paytaxtda və bölgələrdə idmanın inkişafı üçün yaradılan şəraitdən danışan dövlət başçısı oyunların yüksək səviyyədə keçirilməsində birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin rolunu xüsusi qeyd edib: “Əməliyyat Komitəsi də çox yaxşı işlədi”. 


Kateqoriya : SİYASƏT Baxış sayı : 366

QHT və MEDİA

2018-05-23 19:40:58

QHT və MEDİA
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 1918-ci ildə Az...

2018-05-23 07:55:44

QHT və MEDİA
Kaliforniya qubernatoru: Azərbaycan düny...
Kaliforniya qubernatoru: Azərbaycan düny...

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Edmund Braun Azərbaycan Xalq Cümhuriy...

CƏMİYYƏT

2018-05-24 09:40:56

CƏMİYYƏT
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...

Azadinform-un "Anadolu" agentlyinə istinadən məlumatına görə, TBMM sədri F. M...

2018-05-22 09:25:48

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbayc...

İQTİSADİ

2018-05-23 06:35:13

İQTİSADİ
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, səna...

2018-05-17 08:45:07

İQTİSADİ
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəm...