CƏMİYYƏT
A- A A+

Çinin “Hainan Airlines” şirkəti Dağlıq Qarabağ haqqında yanlış məqaləyə görə üzrxahlıq edib

2017-05-23 07:50:15

.

Çinin “Hainan Airlines” aviasiya şirkəti sərnişinlər üçün nəzərdə tutulan “High Above” jurnalında Azərbaycanın Dağlıq Qarabağ bölgəsi haqqında yanlış məlumatların əks olunduğu məqaləyə görə üzrxahlıq edib.
Şirkətin təyyarələrində və aeroportlarda sərnişinlərin dincəldiyi yerlərdə yayılmaq üçün nəzərdə tutulan jurnalda Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsi haqqında qərəzli və yalan məlumatların əks olunduğu məqalə dərc olunub. Bu barədə fakt aşkarlandıqdan sora Azərbaycanın Pekindəki səfirliyi və “Azərbaycan Hava Yolları” QSC məsələ ilə bağlı müvafiq olaraq Çinin Xarici İşlər Nazirliyinə və “Hainan Airlines” aviasiya şirkətinə etirazını bildirib və sözügedən jurnalın nüsxələrinin yığışdırılmasını tələb ediblər.
“Hainan Airlines” şirkətinin tərkibində fəaliyyət göstərən “High Above” jurnalının rəhbərliyi Azərbaycanın Çindəki səfirliyinə məktubla cavab verərək həmin məqalədə Azərbaycanı narahat edən məqamlara görə üzrxahlığını bildirib. Məktubda qeyd olunub ki, müəllif məqaləni yazarkən lazımi araşdırma aparmayıb, buna görə də yazıda yanlış məlumatlar əks olunub. Bundan başqa, müəllifin mövqeyi heç bir halda “Hainan Airlines” şirkətinin və “High Above” jurnalının mövqeyini əks etdirmir.
Redaksiya rəhbərliyi jurnalın bütün çap və elektron nüsxələrinin yığışdırıldığını, analoji hadisələrin gələcəkdə təkrarlanmaması üçün diqqətli davranacaqlarını bildirib.(Azərtac)

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 955

QHT və MEDİA

2020-05-26 08:25:22

QHT və MEDİA
Parisdə 28 May - Respublika Gününə həsr ...
Parisdə 28 May - Respublika Gününə həsr ...

Mayın 27-də Parisdə yerli vaxtla saat 16:00-da Azərbaycan Xalq Cümhuriyyətini...

2020-05-24 09:05:41

QHT və MEDİA
Tural Gəncəliyev: Ermənistanın siyasi rə...
Tural Gəncəliyev: Ermənistanın siyasi rə...

Mayın 21-də Ermənistan sülh prosesinə ən yüksək səviyyədə zərbə vuran bir add...

CƏMİYYƏT

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

2020-05-18 15:15:58

CƏMİYYƏT
QHT ictimai nəzarəti necə təmin edə bil...
QHT ictimai nəzarəti necə təmin edə bil...

Bu gün vətəndaş cəmiyyətinin fəaliyyəti bizi qane edirmi sualına birmənalı ca...

İQTİSADİ

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...

2020-05-12 12:15:01

İQTİSADİ
Avropa Şurası "Şərq tərəfdaşlığı" ölkələ...
Avropa Şurası "Şərq tərəfdaşlığı" ölkələ...

Avropa Şurası viza rejiminin liberallaşması üzrə mövcud fəaliyyət planının uğ...