SOSİAL
A- A A+

"Xocalı petisiyası"nın təqdimatını keçirdi

2017-05-22 23:25:46

.

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun lektorlar qrupunun üzvü, Rusiyanın tanınmış tarixçisi, siyasi xadim Oleq Kuznetsovun Xocalı faciəsinin soyqırım cinayəti kimi tanınması ilə bağlı Rusiya Dövlət Dumasının üzvlərinə ünvanlandığı petisiyanın təqdimatı Gəncədəki ali təhsil məktəblərində keçirilib.

Bilik Fondunun dəstəyi ilə keçirilmiş təqdimat mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, Gəncə Dövlət Universitetinin (GDU) humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Bilik Fondunun əməkdaşları Elvin Hətəmov və İslam İslamzadə iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan GDU -nun prorektoru G.Fətəliyeva erməni terrorizmini, xalqımıza qarşı törədilən cinayətləri dolğun və həqiqətlərə uyğun şəkildə göstərdiyinə görə, O. Kuznetsova təşəkkürünü bildirib.

O.Kuznetsov uzun müddət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərini, erməni terrorizminin mahiyyətini və Azərbaycanın dinc əhalisinə qarşı törədilən cinayətləri tədqiq etdiyini söyləyərək, Xocalı soyqırımının Rusiya Dumasında tanınmasından ötrü Gəncə ictimaiyyətini https//www.cvhange.org saytında yaradılmış petisiyaya qoşulmağa çağırıb. Bilik Fonunun əməkdaşları petisiyada səs verməyin qaydasını izah ediblər.

Gəncə Dövlət Universitetinin müəllim və tələbə kollektivi çıxış edərək erməni terroru haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdığına görə O. Kuznetsova minnətdarlığını bidirərək, hamılıqla bu aksiyaya qoşulacaqlarına söz veriblər.

200 000 səsin toplanması lazım olan petisiyanın təqdimat mərasimi Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqraq Universiteti və Azərbaycan Texnologiya Universiteti ilə yanaşı Şəmkir və Mingəçevir şəhərlərində keçiriləcək.

Səsvermədə iştirak etmək üçün https//www.cvhange.org saytına daxil olaraq axtarış yerinə "Олег Кузнецов" yazmaq lazımdır. Xocalı faciəsinin soyqırım cinayəti kimi tanınması ilə bağlı petisiyaya daxil olduqdan sonra ad, soyad, email ünvan, ölkə, şəhər və şərh yerini dolduraraq, imzalamaq düyməsinə basmaq vacibdir. Səs verdikdən sonra nəticənin şəklini çəkib, XOCALİ-PETİSİYA@MAİL.RU ünvanına göndərmək lazımdır.

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 401

QHT və MEDİA

2018-10-15 19:25:35

QHT və MEDİA
Şuranın 10 illiyi və regionların inkişaf...
Şuranın 10 illiyi və regionların inkişaf...

Toplantını açan Şəki şəhər icra hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəs...

2018-10-15 09:20:41

QHT və MEDİA
Məsud Əlioğlu: özü, sözü, şəxsiyyəti...
Məsud Əlioğlu: özü, sözü, şəxsiyyəti...

1928-ci il oktyabrın 5-də, Qubadlı rayonunun Mahmudlu kəndində. Elə ibtidai t...

CƏMİYYƏT

2018-10-12 22:25:37

CƏMİYYƏT
Azərbaycanlıların Ermənistandakı ata-bab...
Azərbaycanlıların Ermənistandakı ata-bab...

Trend-in məlumatına görə, Q.Paşayeva bildirib ki, Azərbaycanın qədim bölgəsi ...

2018-10-11 08:10:51

CƏMİYYƏT
Görkəmli şərqşünas alim, professor Aida ...
Görkəmli şərqşünas alim, professor Aida ...

Oktyabrın 10-da dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli alim,...

İQTİSADİ

2018-10-15 09:15:37

İQTİSADİ
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...

Bunu Trend-ə Qumilyov adına Avrasiya Milli Universitetinin regionşünaslıq kaf...

2018-10-08 10:05:23

İQTİSADİ
QHT regionlarda maarifləndirici tədbirin...
QHT regionlarda maarifləndirici tədbirin...

Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlə...