SİYASƏT
A- A A+

Praqa Karl Universitetində Azərbaycan tarixinin müasir dövründən söhbət açılıb

2017-05-22 07:55:35

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev bu ölkənin əsas ali təhsil müəssisəsi olan Praqa Karl Universitetində “Azərbaycan tarixinin müasir dövrü” mövzusunda mühazirə oxuyub

Mühazirə Çexiyadakı Azərbaycan Tələbə Şəbəkəsinin təşkilatçılığı ilə Karl Universitetinin fəlsəfə fakültəsində keçirilən Azərbaycan tarixi kursları çərçivəsində təşkil edilib.

Səfir Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdə üzləşdiyi çətinliklər, keçdiyi inkişaf yolu, ölkəmizin müasir tarixi haqqında danışıb. O, parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycanın ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi nəticəsində təhlükədən qurtulduğunu və müstəqil dövlət quruculuğu yoluna qədəm qoyduğunu qeyd edib, Prezident İlham Əliyevin hakimiyyəti dövründə isə Azərbaycanın öz uğurlu inkişaf yolunu müvəffəqiyyətlə davam etdirdiyini diqqətə çatdırıb.

 Fərid Şəfiyev, həmçinin Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti və onun nəticələri haqqında məlumat verib. Tələbələrə ölkəmizin həyata keçirdiyi enerji və infrastruktur layihələri haqqında məlumat verilib və Azərbaycanın regionda iqtisadi göstəricilərinə əsasən liderə çevrildiyi vurğulanıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 910

QHT və MEDİA

2020-06-02 07:55:01

QHT və MEDİA
“La Vanguardia”: Azərbaycan işğal olunmu...
“La Vanguardia”: Azərbaycan işğal olunmu...

İspaniyanın populyar “La Vanguardia” qəzeti Azərbaycanın Müdafiə naziri Zakir...

2020-06-01 08:10:21

QHT və MEDİA
Fransa mediası 28 May Respublika Gününə...
Fransa mediası 28 May Respublika Gününə...

Fransanın “Agoravox” portalında “Rusiya və Azərbaycanın qeyri-adi tarixi “ ad...

CƏMİYYƏT

2020-06-01 07:40:01

CƏMİYYƏT
Türkdilli dövlətlər arasında strateji əm...
Türkdilli dövlətlər arasında strateji əm...

“Türkdilli ölkələr arasında çoxtərəfli formatda əlaqələrin qurulmasına ötən ə...

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...