CƏMİYYƏT
A- A A+

Azərbaycanlı akademikin kitabı alman dilində çap olunub

2017-05-19 11:40:06

.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin müəllifi olduğu “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabı (Berg-Karabach. Aus den Quellen erforschte Geschichte) İsveçrənin “Publishing Partners” nəşriyyatı tərəfindən alman dilində çap olunub.

“Publishing Partners” nəşriyyatı eyni zamanda kitabın İsveçrənin müxtəlif kitabxanaları və kitab mağazaları arasında yayılmasını həyata keçirəcək.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr edilən kitabda problemin yaranma səbəbləri, bu bölgənin tarixən mövcud olan Azərbaycan dövlətlərinə məxsusluğunu əks etdirən müxtəlif qiymətli mənbələr yer alıb. Əsərdə zəngin tarixi faktlar əsasında mühüm elmi-nəzəri ümumiləşdirmələr aparılmaqla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olmaq üçün məqsədyönlü şəkildə törədilən süni əngəllərə də münasibət bildirilir. Müəllif çoxsaylı mənbələr və elmi ədəbiyyat əsasında, ilk növbədə, xarici dillərdə və erməni dilində nəşr olunmuş mənbələrdəki faktlara istinad edərək Dağlıq Qarabağın ən qədim dövrlərdən Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu sübuta yetirir.

Bu fundamental elmi əsərin alman dilində nəşri oxucu auditoriyasının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Kitab Dağlıq Qarabağın tarixinə, münaqişənin başvermə səbəblərinə, onun doğurduğu acı nəticələrə dair obyektiv və səhih məlumatlar əldə etmək istəyən almandilli oxucular üçün dəyərli mənbə olacaq. Bu kitabı İsveçrə ilə yanaşı, Almaniya və Avstriyanın onlayn kitab satışı portallarından da əldə etmək mümkün olacaq.

Hazırda kitabı İsveçrədə www.buchhaus.chwww.orellfuessli.chwww.lehmanns.chwww.buch.ch, Almaniyada www.buecher.dewww.hugendubel.dewww.osiander.dewww.buchhandel.dewww.thalia.dewww.amazon.de, Avstriyada isə www.thalia.atwww.buchhandlung-frick-webshop.atwww.herder.at saytlarından sifariş etmək mümkündür. (Azərtac)

 

 

 

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 272

QHT və MEDİA

2018-02-20 08:00:59

QHT və MEDİA
“Jerusalem Post”: Azərbaycanın Qaradağlı...
“Jerusalem Post”: Azərbaycanın Qaradağlı...

Müəllif məqalədə Holokostun yəhudi xalqının yaddaşında yaşayan dəhşətli və dö...

2018-02-19 09:05:40

QHT və MEDİA
Azərbaycanın “Global Village” beynəlxalq...
Azərbaycanın “Global Village” beynəlxalq...

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov Dubayda h...

CƏMİYYƏT

2018-02-20 08:25:22

CƏMİYYƏT
Şəhid atası: "Övladımın şəhidliyi mənə m...
Şəhid atası: "Övladımın şəhidliyi mənə m...

UNEC-in İqtisadiyyat fakültəsində keçirilən tədbirdə şəhidin müəllimləri, dos...

2018-02-19 10:15:59

CƏMİYYƏT
Pakistanın “National Herald Tribune” qəz...
Pakistanın “National Herald Tribune” qəz...

Məqalədə Ermənistan silahlı qüvvələri tərəfindən bir gecədə 613 adamın, o cü...

İQTİSADİ

2018-02-20 08:10:24

İQTİSADİ
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...

AZƏRTAC Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, "A...

2018-02-16 10:20:34

İQTİSADİ
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...

"APA-Economics" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Enerji Ehtiya...