QHT və MEDİA
A- A A+

100 məktəbdə “Milli Qəhrəmanlar” guşəsi yaradılıb

2017-05-19 11:10:31

2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 100 ümumi təhsil müəssisəsində “Milli Qəhrəmanlar” guşəsi yaradılıb

Layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Guşənin yaradılması milli qəhrəmanlıq zirvəsinə yüksəlmiş vətən övladları haqqında məktəblilərdə daha geniş təəssürat yaratmaq, onlarda vətənpərvərlik hisslərini gücləndirmək və gənclərin çağırışaqədərki hazırlığını yüksəltmək məqsədlərinə xidmət edir. 

“Milli Qəhrəmanlar” guşəsinin yaradılması ilə bağlı keçirilən tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, paytaxtın Rayon İcra Hakimiyyətləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi,  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Qarabağ əlilləri təşkilatının nümayəndələri, şəhid ailələri, habelə məktəblərin şagird və pedaqoji kollektivləri iştirak ediblər.

Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan vətən övladlarının, o cümlədən aprel döyüşləri şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirlərdə çıxış edənlər aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin qazandığı uğurlardan, ordumuzun gücündən bəhs edib, gənclərə müvafiq tövsiyələrini veriblər.

Tədbirlərdə şagirdlər vətənpərvərliyə həsr olunmuş şeirlər səsləndirib, maraqlı rəqs kompozisiyaları nümayiş etdiriblər.

Qeyd edək ki, növbəti tədris ili ərzində digər paytaxt məktəblərində də “Milli Qəhrəmanlar” guşəsinin yaradılması nəzərdə tutulur. (Modern.az)

 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1431

QHT və MEDİA

2019-12-04 20:55:38

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın...

2019-12-04 09:55:35

QHT və MEDİA
"Parlament seçkilərinin keçirilməsi təkl...
"Parlament seçkilərinin keçirilməsi təkl...

Yeni AZƏRBAYCAN partiyası (YAP) parlamentdə təmsil olunan üzvlərinə parlament...

CƏMİYYƏT

2019-12-04 10:50:22

CƏMİYYƏT
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safa...

2019-12-02 12:05:29

CƏMİYYƏT
Klassik irsimizin zirvəsi
Klassik irsimizin zirvəsi

Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vaze...

İQTİSADİ

2019-12-02 09:45:15

İQTİSADİ
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...

Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu bax...

2019-11-28 18:05:33

İQTİSADİ
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) noyabrda açıqladığı “2019-2020...