QHT və MEDİA
A- A A+

İqtisadi faktor Qarabağ münaqişəsinin həllinə nə dərəcədə təsir edir?

2017-05-17 09:50:39

“Əsrin müqaviləsi” imzalanarkən bir sıra yerli və xarici ekspertlər bildirirdilər ki, nəhəng neft müqavilələri Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə təkan verəcək

 

Nəhayət, ermənilər dərk edəcəklər ki, belə  strateji layihələrdən kənarda qalmaqla  birinci növbədə  özlərinə zərbə vuracaqlar. Sadəlövh yanaşma olsa da real vəziyyətə  çox uyğun idi.  Gerçəkdən isə  erməni xisləti, riyakarlığı, sivil yaşam tərzindən uzaq düşməsi bu şansdan onları məhrum etdi.

 Bu gün nəzər salsaq görərik ki, ermənilər böyük iqtisadi layihələrdən özlərini təcrid etməklə  öz ölkələrini daha fəlakətli duruma salıblar. Nəticə göz qabağındadır. Ermənistanda yoxsulluq yüksək səviyyədədir, insanlar ölkəni tərk edir. Sosial problemlər ən yüksək həddə çatıb. Hətta Ermənistanda  elə hərbi hissələr var ki, hələ də çağırışçı problemi üzündən formalaşa bilmir.

Erməni mətbuatının  təsdiqlədiyi məlumatlara  görə, bu ölkədə insan artımı  azalıb. Həmçinin, iqtisadiyyat Rusiyanın nəzarəti altındadır. Ölkənin əsas gəlirli sahələri Rusiya şirkətləri tərəfindən satın alınıb.

Heç şübhəsiz ki, erməni  politoloqlarının təbirincə desək Ermənistanı qarşıda böyük faciələr gözləyir. Azərbaycanla münasibətlərin yaxşılaşması üçün İrəvan konstruktiv siyasət ortaya qoymalıdır. Əks halda proseslər bumeranq kimi qayıdıb Ermənistanın özünə dəyəcək. Ancaq ermənilərdən, daha doğrusu onların rəhbərlərindən konstruktiv siyasət gözləmək mənasızdır.

Bəlkə də bütün imkanlar tükənməyib. Regionda  uzun müddətli sabitlik üçün son şans olaraq iqtisadi faktoru yenidən işə  salmaq lazımdır. Vaxtılə Avropada  100 illik müharibələr olub.  Həmin regiondakı xalqlar hər zaman münaqişə şəraitində yaşayıblar, bir-birinə düşmən kəsiliblər. Ancaq bu gün  Avropa məkanında iqtisadi maraqlar, xüsusilə, Avropa Birliyinin bu maraqlar çərçivəsinə  təşəkkül tapması  həmin Qərb dövlətlərini normal məkanda yaşamağa sövq edir.

Əslində Avropada yaradılmış bu iqtisadi mexanizm çox uğurlu təcrübədir.  Belə bir mexanizmin Cənubi Qafqazda fayda verib-verməyəcəyini demək çətindir. İqtisadi  faktor Qarabağ münaqişəsinin həllinə nə dərəcədə təsir edər?

Hər halda münqaişənin sülh yolu ilə həllində iqtisadi faktor ermənilərin  son şanşı olacaq.

Bu gün bizi Ermənistanın böyük iqtisadi layihələrdə iştirak edib-etməməsi deyil, münaqişənin ədalətli həlli düşündürür.

 Əslində Dağlıq Qarabağ münaqişəsinin bu qədər uzanmasında beynəlxalq təşkilatların, aparıcı dövlətlərin günahı böyükdür. ATƏT-in Minsk qrupunun  həmsədrlərinin apardığı danışıqların imitasiya xarakterli olması göz qabağındadır. Həmin dairələr münaqişənin həlli istiqamətində görüntü  yaradan danışıqların mütəmadi olaraq davam etməsində maraqlıdırlar. Bu gün bəlkə də yeganə münaqişədir ABŞ-la Rusiyanın Dağlıq Qarabağ məsələsində maraqları üst-üstə düşür.

Deməli, münaqişənin həlli istiqamətində imitasiya xarakterli danışıqlar prosesinin belə davam etməsi həmin dövlətləri tam qane edir. Təbii ki, işğala, torpaq itkisinə məruz qalan  Azərbaycanı  belə vəziyyət qane etmir.Təəssüf  ki, uzun müddətdir aparılan sülh danışıqları heç bir nəticə vermir.  İşğal olunmuş torpaqların hərb yolu ilə azad olunmasına imkan verilmir. Bəs, onda nə etmək lazımdır?

Avropada  liberal dəyərlər getdikcə  zəifləməkdədir. Əvəzində isə bəzi dairələrin planı əsasında  formalaşan dini qütbləşmə dərinləşir. Ən acınacaqlı hal odur ki, xristian təəssübkeşliyi  belə konfliktlərin həllini ləngidir. Həmin qüvvələr  erməni tərəfinin mövqeyini  birmənalı şəkildə müdafiə etməklə  problemin həllinə çalışırlar. Bu tipli ikili standartlardır ki, münaqişənin ömrünü uzadır. Çox qəribə vəziyyət yaranıb. İşğalçı Ermənistana bir dəfə də olsun sərt şəkildə bildirilmir ki,  sən işğal etdiyin torpaqları tərk et, beynəlxalq qanunlara hörmətlə yanaş.

Məhz belə məqamda Azərbaycanın tutduğu mövqe, müəyyən etdiyi yol çox dürüstdür. Bütün yaxın və uzaq ölkələrlə çox aydın balanslaşdırımış siyasət,  dövlətin güclənməsi və hərbi  potensialın  daha da artırılması,  digər məqamlar strateji hədəflərdir. Hazırda ölkəmizin hərb sisteminin dinamik şəkildə  güclənməsi real vəziyyətə tam adekvatdır. Bu proses davam etməlidir.

 Həmçinin  beynəlxalq hüquq prinsiplərinin tətbiqi üçün hətta hərbi gücün tətbiqi qaçılmazdır. Bir sözlə Dağlıq Qarabağdakı qanunsuzluğa son qoymaq üçün Azərbaycanın ərazi bütövlüyü prinsipi hər zaman öndə olmalıdır. Hüquq yalnız kağız üzərində  qalmamalıdır. 
 Əkrəm Bəydəmirli

 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1146

QHT və MEDİA

2018-12-17 10:15:11

QHT və MEDİA
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...

Mayın 7-də Şuranın təşkilatçılığı ilə Bakıda ümummilli liderimiz Heydər Əliye...

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

CƏMİYYƏT

2018-12-18 10:35:09

CƏMİYYƏT
Dil normalarının pozulmasına görə cəzala...
Dil normalarının pozulmasına görə cəzala...

"Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Az...

2018-12-16 18:45:15

CƏMİYYƏT
Erməni işğalının yaratdığı humanitar-mə...
Erməni işğalının yaratdığı humanitar-mə...

Erməni işğalı nəticəsində yaranan humanitar-mənəvi itkilərin qiymətləndirilm...

İQTİSADİ

2018-12-18 09:45:15

İQTİSADİ
UNEC-dən iqtisad elminin tədrisinə daha ...
UNEC-dən iqtisad elminin tədrisinə daha ...

Dünyada geniş yayılmış “Beynəlxalq iqtisadiyyat: Nəzəriyyə və siyasət” (P.R.K...

2018-12-16 21:25:31

İQTİSADİ
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanı bu tədbirdə Mi...