MÜSAHİBƏ
A- A A+

“Turana yolcu edilən egetim sevdalıları” kitabı önəmli tariximizdən bəhs edir

2017-05-17 08:30:04

Müsahibə

Azərbaycan sevdalıları şərəfli tariximizin səhifələrində Azərbaycan-Türkiyə tarixinin şanlı səhifələrini vərəqlədikcə orada qardaşlığın ən gözəl nümunələrini görmək mümkündür.Bu nümunələrdən biri də təhsil sahəsində əlaqələrdir. Bu mövzuda bəhs olunan “Turana yolcu edilen egetim sevdalıları”  kitabı çox dəyərli bir tarixi sənəddir.
 Müsahibəni təqdim etməzdən öncə tanışlıq üçün qeyd edək ki, kitabın müəllifi türkoloq Elnurə Fehruz qızı Rzayeva 2009-cü ildə Qafqaz Universitetinin Filologiya Türk dili və Ədəbiyyatı fakultəsini bitirdikdən sonra 2010-2012-ci illərdə eyni ixtisas üzrə magistr dərəcəsi alıb. Hazırda Türk dilləri ixtisası üzrə doktorluq elmi dərəcəsi üzərində işləyir. Bir çox beynəlxalq və respublika elmi konfranslarına qatılıb, elmi tədqiqatları üzrə sertifakatlarla təltif olunub. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Beynəlxalq Radiosunun Türk Dilində Verilişlər Redaksiyasının əməkdaşıdır.

 -Elnurə xanım, bu gün “19 may- Atatürkü anma: Gənclik və İdman bayramı”dır.Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”məşhur kəlamını xatırlasaq, o zaman bu bayramın sevincindən Azərbaycan gəncliyinə, o cümlədən Sizə də pay düşür. Həmişə bayramlarda.

 -Təşəkkür edirəm, Şahnaz xanım. Bəli, bildiyimiz kimi, hər il “19 may- Atatürkün anma, gənclik və idman bayramı”, dahi şəxsiyyət Türk millətinin atası sayılan Atatürkün gənclərə bir ərmağanıdır. Və eyni zamanda ulu öndər Heydər Əliyevin qardaşlığımızı simvolizə edən "Bir millət, iki dövlət" kəlamı da bu anlamda biz gənclər üçün önəmli bir mirasdır. Nəzərə alsaq ki, bu günlər Azərbaycanda IV İslam Həmrəylik Oyunları qeyd edilir və sözün əsl mənasında idman bayramı yaşanır, o zaman bizim üçün iki qat bayram sayılır. Bu bayram müasibəti ilə Azərbaycan - Türk gəncliyini, o cümlədən də bu yarışlarda qələbə qazanan idmançılarımızı səmimi qəlbdən təbrik edirəm. -Adından da göründüyü kimi, Azərbaycan-Türkiyə təhsil tarixindən bəzi məqamlara işıq salan “Turana yolcu edilen eğitim sevdalıları” adlı ilk kitabınız  Türkiyə  türkcəsində bir araşdırmanın məhsuludur desək yanılmarıq.

-Bu mövzuda digər müəlliflərin araşdırmaları olduğundan, sizin də araşdırmanız hansı zərurətdən doğdu?

- Qeyd edim ki, "Turana yolcu edilən eğitim sevdalıları" tədqiqat kitabım XX əsrin əvvəllərində Azərbaycana təşrif  buyuran Osmanlı Türk ziyalılarının Azərbaycandaki elm, təhsil və mədəni fəaliyyətlərini ehtiva edir. Bəllidir ki, XX əsrin əvvəlləri Azərbaycanda daha çox rus dilində tədris aparılırdı. Milli özünüdərk problemi günbəgün artırdı. Bunun üçün milli kimliyimizin fərqində olan Azərbaycan ziyalıları çarəni Türkiyədə gördülər və bu minvalla qardaş ölkədən müəllim dəvətinə başladılar. Əlbəttə ki, türkiyəli qardaşlarımız da bu dəvətə  qoşuldular. Kitab həqiqəqətən də, osmanlı türkcəsində edilən bir araşdırmadır. Çünki kitabda yer alan bütün yazılar əski əlifbadan latın grafikasına adaptasiya edilmişdir. Azərbaycan arxivləri ilə yanaşı Türkiyə arxivləri də araşdırılmışdır. Zərurət isə ondan ibarət idi ki, indiyə qədər Azərbaycan-Türkiyə münasibətlərindən, istər iqtisadi, istər ədəbi, mədəni, siyasi əlaqələrindən bəhs edən çox sayda kitab və tədqiqat əsərləri mövcuddur. Ancaq, o dövr üçün təhsil əlaqələrini və türk müəllimlərin ölkəmizdəki fəaaliyyətlərini araşdıran hər hansı kitab nəşr edilməmişdir. Və mən bu kitabı, çətin anlarımızda bizim köməyimizə gələrək bizlərə elm öyrədən Azərbaycan sevdalılarına bir vəfa borcu olaraq qələmə aldım.

-Dörd fəsildən ibarət bu kitabınızda ötən yüzilliyin əvvəlində Azərbaycan sevdalısı olan bir neçə türk ziyalısından bəhs olunur. Kitabda maraq doğuran məqamlardan biri də həmin şəxsiyyətlər sırasında olan Əhməd Kamalı oxuculara geniş təqdim etməyinizdir. Bu türk aydınının Azərbaycanda Füyuzat və “Günəş” dərgisində şeirləri ilə yanaşı məqalələri də kitabın səhifələrində yer alıb. O məqalələrdən birində təkcə Azərbaycan türkləri deyil, eyni zamanda Rusiya tərkibində olan digər müsəlmanlar, Krım türkləri barədə də maraqlı faktlar işıqlandırılıb. Bu barədə oxucularımızla fikirlərinizi bölüşmək istərsinizmi?

-XX əsrin əvvəllərində Azərbaycana gələn müəllimlərdən Mehmet Cevdet, İsmayıl, Hikmət Ertaylan, Akif bəy və sairlərini misal göstərə bilərik. Qeyd etdiyiniz Əhməd Kamal bəy Bakıya gələrək Balaxanı məktəbində dərs deməyə başlamış, eyni zamanda Əli Bəy Hüseynzadənin “Füyüzat” və Əhməd bəy Ağaoğlunun “Günəş” dərgiləri ilə əməkdaşlıq etmişdir. Əhməd Kamal Bakıda sadəcə 2 il fəaliyyət göstərmiş olsa da, Azərbaycan gəncləri üçün çox faydalı fəalliyyətləri olmuşdur. Ümumiyyətlə XX əsrin əvvəllərində Azərbaycan ziyalıları, türklük sevdalıları istər Osmanlı, istər Krım türkləri ilə xüsusən İsmail bəy Qaspiralıyla çox sıx əlaqə idilər.

-Bundan belə bu mövzuya qayıtmaq fikriniz varmı? Və növbəti kitabınız sirr deyilsə hansı mövzuda olacaq?

 - Gələcəkdə Azərbaycandan Orta Asyaya gedən müəllimlər və elm fədailəri haqqında araşdırmalar aparmaq istəyirəm. Ancaq, hal-hazırda 1911-1912 - ci illərdə nəşr edilən Azərbaycanın ilk qadın qəzeti olan "İşıq" qəzeti üzərində çalışıram. Bu tədqiqat işinin də gələcəkdə kitab kimi nəşr etdirməyə ümid edirəm. Çünkü Azərbaycan mətbuat tarixi üçün çox vacib bir araşdırmadır.

-Elnurə xanım, sizə başladığınız bu şərəfli işdə uğurlar diləyirik.Və inanırıq ki, bu kitab tarixi sənəd kimi hər bir zamana gərəkli olacaq.

-Çox sağ olun, Şahnaz xanım. Mən də öz növbəmdə gənclərimizə verdiyiniz dəyərə və qələminizlə yollarımıza işıq tutduğunuz üçün sizə minnətdaram.

Şahnaz Azərtürk
Fact-info.az

 

 

 

 

 

  • @continue

Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 574

QHT və MEDİA

2017-11-22 20:15:10

QHT və MEDİA
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...

O, dövlət büdcəsindn QHT-lərin inkişafı və maliyyələşdirilməsi üçün ayrılan ...

2017-11-22 08:20:55

QHT və MEDİA
Ermənistanın faşizmi dövlət siyasəti seç...
Ermənistanın faşizmi dövlət siyasəti seç...

Hətta nasistlərin simvolu işğalçı ölkənin hakim partiyasının rəmzidir. Ermən...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...