QHT və MEDİA
A- A A+

“The Jewish Journal” Xocalıda azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsindən yazıb

2017-05-12 12:00:24

Amerikada çıxan “The Jewish Journal” nəşrində Xocalı qırğınının sanki möcüzə sayəsində sağ qalmış şahidi Dürdanə Ağayevanın məqaləsi dərc edilib

 Ermənistanın Azərbaycana qarşı təcavüzündən bəhs edilən “Hərbi cinayətlərin inkar edilməsi: salamat qalmış şahidin rəyi” sərlövhəli materialda Xocalıda erməni hərbçiləri tərəfindən azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsini inkar edən iki erməni müəllifin “Huffington Post” qəzetində dərc olunmuş məqaləsinə etiraz bildirilir. Dürdanə Ağayeva yazır ki, Xocalı qırğınının inkar edilməsi bu şəhərdə törədilmiş hərbi cinayətin salamat qalmış iki şahidinin – Dürdanə Ağayevanın və Anar Usubovun kəskin emosional reaksiyasına səbəb olub. Müəllif qeyd edir ki, ermənilər Xocalı şəhərini işğal edəndə onun 20, Anarın isə 8 yaşı var idi. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə etnik təmizləmə nəticəsində onlar doğmalarının çoxunu itiriblər.
D. Ağayeva o gecə baş vermiş dəhşətli hadisələri təsvir edərək yazır ki, ermənilər “bütün istiqamətlərə güllə yağdırdıqları” bir vaxtda onlar hər ikisi gecə qaranlıqda meşədən keçərək açıq bir sahəyə qaçırdılar. Anar bir sığınacaqdan digərinə, bir şəhərdən digərinə keçir, Dürdanə özü isə əsir götürülərək Ermənistana göndərilib, orada işğalçılar onu təsvirəgəlməz işgəncələrə məruz qoyublar. Dürdanə və Anar o gecə sağ qalıb, lakin 613 nəfər silahsız azərbaycanlı kişi, qadın, uşaqlar və qocalar erməni silahlıları tərəfindən öldürülüb.
D. Ağayeva vurğulayır ki, erməni müəlliflərin fikri “insanlığa, bizim məruz qaldığımız zədələrə və xatirələrimizə meydan oxumaqdır”. Bu, insanlığa qarşı törədilmiş cinayətin həyasızcasına inkar edilməsidir. Hətta Ermənistanın indiki prezidenti Serj Sarkisyan da Xocalıda dinc sakinlərin qırılmasında erməni qoşunlarının rolunu etiraf edib. “Human Rights Watch” hüquq-müdafiə təşkilatı Xocalı sakinlərinin kütləvi şəkildə qətlə yetirilməsini “Ermənistan ilə Azərbaycan arasında münaqişənin gedişində ən böyük qırğın” adlandırıb və dinc sakinlərin qətlə yetirilməsinə görə məsuliyyəti birbaşa erməni qoşunlarının üzərinə qoyub. Avropa İnsan Haqları Məhkəməsi özünün 2010-cu il tarixli qətnaməsində Xocalı qırğını ilə bağlı faktları təsdiq edib və 10-dan çox ölkə bu qırğını rəsmən tanıyıb.
BMT Təhlükəsizlik Şurası Azərbaycanın bütün Qarabağ regionunun qanunsuz işğal edilməsini və orada etnik təmizləmə aparılmasını pisləyən dörd qətnamə qəbul edib. (Azərtac)

 

 

 

 

 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 214

QHT və MEDİA

2018-02-16 09:50:08

QHT və MEDİA
Praqada Xocalı qurbanlarının xatirəsinə ...
Praqada Xocalı qurbanlarının xatirəsinə ...

Fevralın 15-də Çexiyanın paytaxtı Praqa şəhərində Xocalı qurbanlarının xatirə...

2018-02-16 08:00:06

QHT və MEDİA
Azay Quliyev: ATƏT PA-nın sessiyasında m...
Azay Quliyev: ATƏT PA-nın sessiyasında m...

ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında mühüm məsələlər müzakir...

CƏMİYYƏT

2018-02-15 10:30:05

CƏMİYYƏT
İsrail qondarma erməni soyqırımını tanım...
İsrail qondarma erməni soyqırımını tanım...

AzVision.az-ın "Jerusalem post" nəşrinə istinadən verdiyi məlumata görə, parl...

2018-02-13 09:25:38

CƏMİYYƏT
Yaqub Mahmudov: 1918-ci ilə qədər Cənubi...
Yaqub Mahmudov: 1918-ci ilə qədər Cənubi...

Bu fikirləri Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik...

İQTİSADİ

2018-02-16 10:20:34

İQTİSADİ
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...

"APA-Economics" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Enerji Ehtiya...

2018-02-16 08:15:30

İQTİSADİ
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...

"APA-Economics" xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji Birliyi üzr...