MƏDƏNİ
A- A A+

Vaşinqtonda Azərbaycan mədəniyyətinin təntənəsi

2017-05-09 11:00:33

Azərbaycanın ABŞ-dakı səfirliyi ölkəmizin zəngin mədəniyyətini nümayiş etdirmək üçün öz qapılarını geniş ictimaiyyət üçün açıb

Gün ərzində yağışlı hava şəraitinə baxmayaraq, səfirliyimizi mindən çox qonaq ziyarət edib. Ziyarətçilər arasında Vaşinqton və yaxın ərazilərdə yaşayan ictimaiyyət nümayəndələri, dövlət strukturlarının və diplomatik korpusun əməkdaşları olub.

Səfirliyə təşrif buyurmuş çoxsaylı qonaqlar ölkəmizin milli mədəni irsi, füsunkar təbiəti və müxtəlif sahələrdə qazandığı əlamətdar uğurları əks etdirən əyani vəsaitlərə, xüsusilə Azərbaycan xalçalarına, milli geyimlərə, rəsm əsərlərinə, xəritə, kitab və digər müxtəlif nəşrlərı baxıblar. Daha sonra ölkəmizin tarixi, coğrafiyası, turizm potensialı, o cümlədən Bakı və bölgələrin füsunkar təbiəti və gözoxşayan yerlərdən bəhs edən videoçarxlar nümayiş etdirilib. Bundan əlavə, ziyarətçilərə ölkəmizin coğrafi mövqeyi, zəngin tarixi, qədim adət-ənənəsi və qonaqpərvər insanları haqqında məlumat verilib və onların sualları cavablandırılıb.

Azərbaycan musiqisi və rəqsləri qonaqlarda xüsusi maraq doğurub. Vaşinqtonda fəaliyyət göstərən İpək Yolu rəqs ansamblı (Silk Road Dance Company) “Nəlbəki”, “Sarı Gəlin”, “Arşın mal alan” və digər milli rəqslərimizi ifa edib. Ziyarətçilərin bir çoxu rəqqasələrlə birlikdə yallı gediblər. Bundan başqa, səfirliyin ərazisində uşaqlar üçün rəsm guşəsi təşkil olunub və ölkəmizin görməli yerləri fonunda fotoşəkil çəkdirmək imkanı yaradılıb. Nahar zamanı isə plov süfrəsi açılıb.

Bu festival Vaşinqton meriyası tərəfindən keçirilən “Dünya boyu səfirliklər turu” (Around the World Embassy Tour) adlı mədəni festival çərçivəsində təşkil olunub. Azərbaycanın ABŞ-dakı səfirliyi ardıcıl olaraq beş ildir ki, bu təşəbbüsdə iştirak edir. Ümumiyyətlə isə budəfəki festivala 72 ölkənin səfirliyi qatılıb.

Səfirliyimiz Azərbaycan mədəniyyətinin təbliği məqsədilə silsilə tədbirlərdə fəal iştirakı ilə seçilir. Xatırladaq ki, aprelin 26-da keçirilmiş “Macy’s Global Fashion” mədəni tədbiri çərçivəsində 38 ölkə səfirliyi arasında “Ən yaxşı milli geyim" adlı müsabiqədə qalib gələn Azərbaycanın milli geyimi bir ay ərzində Vaşinqtonun mərkəzində yerləşən məşhur “Macy’s” ticarət şəbəkəsinin vitrinlərində sərgilənməkdədir.

       

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 221

QHT və MEDİA

2017-11-20 20:10:02

QHT və MEDİA
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan, yar...

2017-11-18 10:05:29

QHT və MEDİA
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyy...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...