CƏMİYYƏT
A- A A+

“Mauthauzen” əsir düşərgəsində İkinci Dünya müharibəsinin qurbanlarının xatirəsi yad olunub

2017-05-08 09:50:50

Azərbaycan səfirliyinin əməkdaşları və bu ölkədə yaşayan soydaşlarımız azərbaycanlı əsirlərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyublar

Avstriyanın Yuxarı Avstriya federal əyalətində yerləşən keçmiş “Mauthauzen” əsir düşərgəsində bu düşərgənin alman nasizmindən azad edilməsi və İkinci Dünya müharibəsinin başa çatmasının 72-ci ildönümü münasibətilə mərasim keçirilib.

İkinci Dünya müharibəsi zamanı Avstriyada ən böyük əsir düşərgəsi olmuş “Mauthauzen”in azad edilməsi münasibətilə keçirilən anım tədbirində Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen, kansler Kristian Kern, vitse-kansler Raynhold Mitterlener, parlament rəhbərliyi, nazirlər, dövlət və hökumət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, yerli və xarici qonaqlar, əsir düşərgələrində alman faşistlərinin işgəncələrinə məruz qalmış keçmiş əsirlər iştirak ediblər.

Builki anım tədbirləri “Beynəlmiləlçilik birləşdirir“ devizi altında keçirilib. Avstriya Mauthauzen Komitəsinin rəhbəri Villi Mernyi bildirib ki, milli perspektivlərin və şəxsi əhəmiyyətin ön plana çıxarıldığı müasir dövrümüzdə beynəlmiləlçiliyin milli maraqlar üçün təhlükə olduğu hesab edilir. Lakin müxtəlif ölkələrdən olan alman nasizmi qurbanlarının əsir düşərgələrində bu gün təsəvvür belə edə bilməyəcəyimiz şəraitdə göstərdikləri beynəlmiləl həmrəylik bir örnək olmalıdır.

Sağ qalmış əsirlərdən Aba Levit isə gənclərə müraciətində onları diqqətli olmağa çağıraraq bildirib ki, ifrat sağçıların populist çıxışlarına və şirin vədlərinə aldanmasınlar. Çünki müasir dövrün populist siyasətçiləri nisbətən yaxşı faşistlərdir.

Azərbaycanın Avstriyadakı səfirliyinin əməkdaşları və bu ölkədə yaşayan soydaşlarımız mərasimlərdə iştirak edərək, ümumi anım monumenti və azərbaycanlı əsirlərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyublar.

Xatırladaq ki, 2001-ci ildə “Mauthauzen” əsir düşərgəsində, 2011-ci ildə isə “Ebenzee” əsir düşərgəsinin ərazisində Azərbaycanın Avstriyadakı səfirliyinin təşəbbüsü və birbaşa dəstəyi ilə azərbaycanlı əsirlərin xatirəsini əbədiləşdirən abidələr qoyulub. Rəsmi məlumata görə, müharibə illərində “Mauthauzen”də 81 nəfər azərbaycanlı əsir qətlə yetirilib. Azərbaycan səfirliyinin araşdırmaları nəticəsində “Mauthauzen” və onun tabeliyindəki digər əsir düşərgələrində 300-dək soydaşımızın əsirlik həyatı yaşadığı müəyyən edilib.

Yaradıldığı 1938-ci ildən İkinci Dünya müharibəsinin sonunadək “Mauthauzen” əsir düşərgəsində müxtəlif Avropa ölkələrindən 200 mindən çox hərbi əsir işgəncələrə məruz qalıb, onların təxminən yarısı (90 min nəfər) isə alman nasistləri tərəfindən məhv edilib. Avstriya ərazisində ən böyük əsir düşərgəsi olmuş “Mauthauzen”in ona yaxın ətraf ərazilərdə 49 “filialı” fəaliyyət göstərib. Onlardan biri olan “Ebenzee”də 27 mindən çox hərbi əsir saxlanılıb.

1945-ci ildə ABŞ ordusu tərəfindən azad edilən “Mauthauzen” əsir düşərgəsi 1947-ci ildən tarixi xatirə kompleksi kimi fəaliyyət göstərir. Burada hərbi əsirlərin saxlandığı baraklar, “xəstəxana”, həbsxana, qaz kameraları və krematoriya olduğu kimi qalır və tarixin acı gerçəkliklərinin nümunəsi kimi qorunur. (Azərtac)

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 183

QHT və MEDİA

2017-11-22 20:15:10

QHT və MEDİA
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...

O, dövlət büdcəsindn QHT-lərin inkişafı və maliyyələşdirilməsi üçün ayrılan ...

2017-11-22 08:20:55

QHT və MEDİA
Ermənistanın faşizmi dövlət siyasəti seç...
Ermənistanın faşizmi dövlət siyasəti seç...

Hətta nasistlərin simvolu işğalçı ölkənin hakim partiyasının rəmzidir. Ermən...

CƏMİYYƏT

2017-11-23 08:45:29

CƏMİYYƏT
Mühafizə olunan “Tarix Muzeyi kolleksiya...
Mühafizə olunan “Tarix Muzeyi kolleksiya...

MEK-in Komplektləşdirmə bölməsinin əməkdaşları Mehri Həsənli və Şəlalə Eyvaz...

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

İQTİSADİ

2017-11-23 08:50:53

İQTİSADİ
“Hər il Qarabağ əlilləri və şəhid ailələ...
“Hər il Qarabağ əlilləri və şəhid ailələ...

“APA-Economics”in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naz...

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...